“Çin və Rusiya yenidən prezident seçilməyimi istəmir” –
Tramp
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, rusiyalı həmkarı Vladimir Putin ona yaxşı münasibət göstərir, amma prezident seçkilərində qalib gəlməsini istəmir.
“Rusiyanın başına gələn ən pis şey mənəm və Putin bunu başa düşür. Putinlə münasibətim yaxşıdır, amma bəlkə də seçkilərdə qalib gəlməyimi istəmir. Ancaq düşünürəm ki, (Putin-red) mənə yaxşı münasibət göstərir”, – Tramp jurnalistlərə deyib.
“Çin həmçinin yenidən prezident seçilməyimi istəmir”, – ABŞ lideri əlavə edib. /Report
Oxunub: 290
Xəbəri paylaş
Paylaş: