Ümumerməni Şurası Paşinyana müraciət etdi - Cadugər ovunu dayandır
Erməni Kilsəsinin Müdafiəsi üzrə Ümumerməni Şurası bəyanat yayıb.
Bəyanatda ölkənin baş naziri Nikol Paşinyandan “cadugər ovunu və kilsə əleyhinə isteriyanı" dayandırmaq tələb olunur.
Sənəddə qeyd olunur ki, hüquqi olmayan terminlərdən ("alçatma", "xəyanət", "əxlaqsızlıq") istifadə edən baş nazir heç bir hüquqi proses olmadan ayrı-ayrı şəxsləri və Kilsənin özünü bilərəkdən ləkələyir. Bəyanat müəllifləri hesab edirlər ki, katolikos II Qaregin hədəfdədir, sabah isə müxalif nöqteyi-nəzərdən çıxış edən istənilən din xadimi həfədə alına bilər.
Şura hökumətin bütün səviyyələrinin nümayəndələrinə xatırladır ki, kilsə nizam-intizamı məsələləri hökumətin icra və ya qanunverici qollarının müdaxiləsi ilə deyil, müstəsna olaraq kanon qanunları ilə tənzimlənməlidir.
Press-fakt