Paşinyandan sonra Araik Arutunyan da “Təhlükəsizlik Şurası”nı toplayıb

Qarabağda qalan erməni terrorçularının rəhbəri Araik Arutunyan “Təhlükəsizlik Şurası”nın geniş tərkibdə iclasını çağırıb.
Erməni mediası xəbər verir ki, iclasda son vəziyyət müzakirə olunub, təhlükəsizlik məsələsinə diqqət çəkilib.
İclasla bağlı təfərrüatlar açıqlanmır.
Xatırladaq ki, 1 martda Ermənistan Baş naziri Nikol Paşinyan da Təhlükəsizlik Şurasının iclasını çağırmışdı. Ancaq Prezident Armen Sarkisyan və Paşinyanın istefasını tələb edən Baş Qərargah rəisi Onik Qasparyan iclasda iştirak etməmişdi.
Oxunub: 420
Xəbəri paylaş
Paylaş: