Azərbaycanda sosial şəbəkələrin nə qədər istifadəçisi var?- Siyahı
Azərbaycanda 9,23 milyon internet istifadəçisi olub və bu ümumi əhalinin 89%-nə bərabər olub.
Press-fakt “DataReportal”ın təqdim etdiyi məlumatlara istinadən bildirir ki, Azərbaycanda 6,73 milyon sosial media istifadəçisi olub ki, bu da ümumi əhalinin 64,9%-ini təşkil edib.
Azərbaycanda sosial şəbəkə istifadəçilərinin 42,4%-ini qadınlar, 57,6%-ini isə kişilər təşkil edib.
“Meta”nın məlumatları göstərir ki, “Facebook”un Azərbaycanda 1,65 milyon istifadəçisi olub. Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 2024-cü ilin yanvarından 2025-ci ilin yanvarına qədər 50 min artıb.
Azərbaycanda “Facebook”dan istifadə edənlərin 34,6%-ini qadınlar, 65,4%-ini isə kişilər təşkil edib.
“Meta”nın digər bir məlumatında isə göstərilir ki, “Instagram”ın Azərbaycanda 4,10 milyon istifadəçisi olub və 2024-cü ilin yanvarından 2025-ci ilin yanvarına qədər bu say 50 min artıb.
Azərbaycanda “Instagram”dan istifadə edənlərin 47,6%-ini qadınlar, 52,4%-ini isə kişilər təşkil edib.
“TikTok” platformasının sahibi olan “ByteDance Ltd”nin məlumatına görə, Azərbaycanda “TikTok”un 6,73 milyon istifadəçisi var. “TikTok” istifadəçiləri Azərbaycanda 18 və yuxarı yaşda olan ümumi əhalinin 87,7%-inə çatıb. Azərbaycanda “TikTok”dan istifadə edənlərin 42,4%-ini qadınlar, 57,6%-ini isə kişilər təşkil edib.
“Linkedin” sosial şəbəkəsinin Azərbaycanda 1,1 milyon istifadəçisi olub və bu, ümumi əhalinin 10,6%-inə bərabər olub. 2024-cü ilin əvvəli ilə 2025-ci ilin əvvəli arasında Azərbaycanda “Linkedin” istifadəçilərinin sayı 270 min artıb.
Azərbaycanda “Linkedin” istifadəçilərinin 38,9%-ini qadınlar, 61,1%-ini isə kişilər təşkil edib.
“X” (keçmiş – “Twitter”) platformasının məlumatında isə göstərilir ki, “X”in Azərbaycanda 312 min istifadəçisi olub. Bu rəqəm o deməkdir ki, Azərbaycanda ümumi əhalinin 3%-i “X” istifadəçisidir.
2024-cü ilin əvvəli ilə 2025-ci ilin əvvəli arasında “X”in istifadəçilərinin sayı 56,2 min artıb. “X”in Azərbaycandakı istifadəçilərinin 32,9%-ini qadınlar, 67,1%-ini isə kişilər təşkil edib.

Oxunub: 14
Xəbəri paylaş
Paylaş: