Azərbaycanda neft hasilatı bir ildə 8 %-dək azalıb
Bu barədə Report BP şirkətinin hər il dərc etdiyi dünya energetikası üzrə statistik icmalına istinadən xəbər verir.
Məlumata görə, bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 7,9 % azdır.
Qeyd edək ki, 2019-cu ilin sonuna olan göstəricilərə əsasən, Azərbaycanda xam neft hasilatı 38 milyon ton təşkil edib.
Hesabata əsasən, 2000-ci illin sonuna ölkədə xam neft hasilatı 51,3 milyon ton, 2011-ci ildə 46,1 milyon ton, 2012-ci ildə 43,7 milyon ton, 2013-cü ildə 43,8 milyon ton, 2014-cü ildə 42,5 milyon ton, 2015-ci ildə 42 milyon ton, 2016-cı ildə 41,4 milyon ton, 2017-ci ildə 39,1 milyon ton, 2018-ci ilin yenkunlarına əsasən isə ölkədə neft 39,2 milyon ton təşkil edib.