Google şirkəti bir saata 2 milyon 520 min dollar qazanır -
Maraqlı FAKTLAR
- Su samurlarının dərisində cib olur və onlar orada ən sevimli daşlarını, ya da qida saxlayırlar.
- Əqli sağlamlıq üçün səyahətlər faydalıdır. Bununla yanaşı səyahət ürək tutmaları və depressiya riskini azaldır.
- Siçovul və zürafələr dəvələrdən daha çox susuz qala bilirlər.
- Kanada ən çox gölləri olan ölkədir.
- İslandiyaya getsəniz, ofisiant, yaxud xadiməyə bəxşiş pul verməyin. “Çayvoy” orada təhqir sayılır.
- Şirin pampığı stomatoloq kəşf edib.
- Meksikanın rəhbəri Montesuma şokoladı sevgi içkisi sayaraq gündə 50 fincan şokolad içirdi ki, 60 qadın olan hərəmxanasına gedə bilsin.
- Los-Ancelesin tam adı “Pueblo De Senyora La Reyna De Los Anceles De La Porçinkula”dır.
- Mərakeş yeganə ölkədir ki, ot çatışmazlığına görə keçilər sürü ilə ağaclara dırmaşır və ləpə yetişən ağacların barını yeyir.
- XVIII əsrdə avropalı qadınlar qaşlarını qırxır və onun yerinə sıçan tükündən düzəltmə nazik qaşcıq taxırdılar.
- Google şirkəti saniyəyə təxminən 700 dollar qazanır.
- Dünyada bir saata tapılan dəmirin miqdarı tarix boyu aşkarlanan qızıldan çoxdur.
- Yunanıstanın milli himni 158 bənddən ibarətdir.
- Banan qabığını dərinizdəki göyərtiyə 10-30 dəqiqə qoymaqla bundan qurtula bilərsiniz.
- Pişiklər heç vaxt bir-birinə miyoldamırlar. Onlardakı bu səs rəngi sırf insanlar üçün nəzərdə tutulub.