Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
İsrailin baş naziri Benyamin Netanyahunun Misirdə keçiriləcək Şarm əl-Şeyx Sülh Sammitinə qatılmayacağı bildirilir.
Press-fakt xəbər verir ki, İsrail Baş Nazirliyinin Mətbuat İdarəsindən verilən yazılı açıqlamada, ABŞ prezidenti Donald Trampın Qəzzada qüvvəyə minən atəşkəs razılaşması ilə bağlı Netanyahunu Şarm əl-Şeyxdə keçiriləcək sammitə dəvət etdiyi bildirilib.
Dəvətə görə Trampa təşəkkür edən Netanyahunun "tətilin başlamasına yaxın olduğu üçün sammitə qatıla bilməyəcəyini" bildirdiyi bildirilib.
İsrailin baş naziri əvvəllər Şarm əl-Şeyx Sülh Sammitinə dəvət olunmamışdı. Lakin Trampın müdaxilə edərək Netanyahunu dəvət etdiyi bildirilir.
Misir prezidentinin sözçüsü Məhəmməd əl-Şənəvi bu gün Netanyahunun Şarm əl-Şeyx Sülh Sammitində iştirak edəcəyini açıqlayıb.