Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib - Netanyahunun gəlməyəcəyini bilincə...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzadakı sülh danışıqları ilə bağlı təşkil olunan Şarm-əl-Şeyx Zirvəsinə qatılmaq üçün Misirə yollanıb.
Türkiyə mediası xəbər verir ki, Ərdoğanı daşıyan təyyarə bir müddət Qırmızı dəniz üzərində dövrə vuraraq hava limanına enməyib. Buna səbəb İsrail Baş nazirinin də sammitə qatılıb-qatılmayacağı ilə bağlı dəqiq məlumatın olmaması olub.
Qeyd oluur ki, Ərdoğan uçuş zamanı İsrail Baş naziri Benyamin Netanyahunun zirvəyə qatılacağı ilə bağlı xəbəri eşitdikdən sonra “geri dönün” əmri verib. Bundan sonra təyyarə enişi təxirə salıb və bir müddət havada dövrə vurub.
Bir qədər sonra isə İsrail tərəfi Netanyahunun sammitə gəlməyəcəyini açıqlayıb. Bunun ardınca Ərdoğanın təyyarəsi Şarm-əl-Şeyx hava limanına enib.
Press-fakt