Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
"MÜHARİBƏ ZAMANI ZƏNGƏZUR DƏHLİZİNİ DƏ TUTMAQ OLARDI..." Prezident
"İran Prezidenti mənim kimi eyni qanı daşıyır, biz eyni dildə danışırıq"- İlham Əliyev
AZƏRBAYCANIN BAŞ KONSULLARI KİMLƏRDİR - SİYAHI
Press-fakt.az
    
  • MDB-də ən az tələbə Azərbaycandadır -
    MDB-də ən az tələbə Azərbaycandadır -  Rəsmi
  • 
  • Rusiyanı ittiham edən iranlı
    Rusiyanı ittiham edən iranlı DİPLOMATA CİNAYƏT İŞİ AÇILDI
  • 
  • ATƏT-in Minsk Qrupunun ləğvinə dair layihə iştirakçı dövlətlərə TƏQDİM EDİLDİ
    ATƏT-in Minsk Qrupunun ləğvinə dair layihə iştirakçı dövlətlərə TƏQDİM EDİLDİ
  • 
  • Prezidentdən TƏBRİK:
    Prezidentdən TƏBRİK: “Futbol tariximizdə yeni bir səhifə yazdı!"- FOTO
  • 
  • Azərbaycanda 2700-dən artıq qadın 20 yaşına çatmamış abort etdirib
    Azərbaycanda 2700-dən artıq qadın 20 yaşına çatmamış abort etdirib
  • 
  • "Qarabağ" UEFA Çempionlar Liqasında
    "Qarabağ" UEFA Çempionlar Liqasında Liqa mərhələsinə YÜKSƏLDİ
  • 
  • TÜRKİYƏNİ BU SİSTEM QORUYACAQ - 
    TÜRKİYƏNİ BU SİSTEM QORUYACAQ -  "Polad Qübbə"nin görüntüləri paylaşıldı /VİDEO
  • 
  • Bu şəxslər 30 min manatadək cərimələnə bilər
    Bu şəxslər 30 min manatadək cərimələnə bilər
  • 
  • Əhmədova məxsus şirkətlərin rəhbərlərinə də “stop” qoyuldu -
    Əhmədova məxsus şirkətlərin rəhbərlərinə də “stop” qoyuldu - Səbəb nədir?
  • 
  • Ötən il 63 uşaq 16 yaşa qədər qadın tərəfindən dünyaya gətirilib
    Ötən il 63 uşaq 16 yaşa qədər qadın tərəfindən dünyaya gətirilib
  • 
  • Dövlət xətti ilə hansı ölkədə nə qədər azərbaycanlı tələbə oxuyur?-
    Dövlət xətti ilə hansı ölkədə nə qədər azərbaycanlı tələbə oxuyur?- SİYAHI
  • 
  • Gənclər və İdman Nazirliyindən 1,6 MİLYONLUQ MÜƏMMALI TENDER -
    Gənclər və İdman Nazirliyindən 1,6 MİLYONLUQ MÜƏMMALI TENDER - Təfərrüat
  • 
  • Azərbaycanda akademiklərin 95%-i PENSİYA YAŞINI ÖTÜB -
    Azərbaycanda akademiklərin 95%-i PENSİYA YAŞINI ÖTÜB - SİYAHI
  • 
  • "Putin-Tramp dialoqu dünyanı dəyişəcək"-
    "Putin-Tramp dialoqu dünyanı dəyişəcək"- Dmitriyev
  • 
  • Milli Məclisdə aylar, hətta illərdir “yatan” qanun layihələri...
    Milli Məclisdə aylar, hətta illərdir “yatan” qanun layihələri...
  • 
  • Yeni tələbələri rektorsuz qarşılayan 
    Yeni tələbələri rektorsuz qarşılayan  UNİVERSİTETLƏR
  • 
  • Makrondan Netanyahuya məktub:
    Makrondan Netanyahuya məktub: "İsrail heç vaxt qələbə qazanmayacaq"
  • 
  • ABŞ Hindistan mallarına tətbiq olunan tarifləri ikiqat artırıb
    ABŞ Hindistan mallarına tətbiq olunan tarifləri ikiqat artırıb
  • 
  • Prezident təyyarə qəzasından danışdı:
    Prezident təyyarə qəzasından danışdı: "...Hörmətsizliyə dözməyəcəyik"
  • 
  • Ağdam üçün tarixi gün -
    Ağdam üçün tarixi gün - Bakıdan qatar YOLA DÜŞÜR
  • 
  • "MÜHARİBƏ ZAMANI ZƏNGƏZUR DƏHLİZİNİ DƏ TUTMAQ OLARDI..."
    "MÜHARİBƏ ZAMANI ZƏNGƏZUR DƏHLİZİNİ DƏ TUTMAQ OLARDI..." Prezident
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Mübariz Əsgərov Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib
  • Əbülfəz Elçibəyin anadan olmasından 82 il ötür
  • Xalq artisti Səməd Səmədov vəfat edib
  • Putin KQB-yə gəlişindən danışdı: "Qeyri-leqal kəşfiyyat sahəsində çalışdım"
  • Nazir Oqtay Şirəliyevin nazir qızı, jurnalistika və... – Balet, bal rəqsi…
  • Kliniki ölüm keçirdi, qayınatası ona qadağa qoydu – Ofeliya Sənani haqqında MARAQLI FAKTLAR

    • Tarix: 21-03-2022, 16:45


    Globall.az kulis.az-a istinadla televiziya aparıcısı, aktrisa, Xalq artisti Ofeliya Sənani haqqında maraqlı faktları təqdim edir.

    Ofelya Hacağa qızı Sənani 26 may 1941-ci ildə anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetini bitirib. Gülarə Cabbarlıdan diktorluq sənətinin sirlərini mənimsəyib. Ofeliya Sənani 1959-1975 illərdə radioda işləyərək, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib.

    Atası Hacıağa flarmoniyada işləyib. Çox yaxşı səsi olub. Bir gün onu Moskvaya qurultaya aparıblar. Onun ifasından sonra Stalin işçilərinə deyib ki, bu oğlan filarmoniyalıq deyil, sizə əmr edirəm, onu operaya işə götürün. Sonra isə üzünü Hacıağaya tutub deyir, gələn bayramda köməkçimə xəbər edərsiniz, mən sizi yenidən dinləyəcəm. Hacıağa kişi konsertdən gələndən sonra baş verənləri qardaşına danışıb. Qardaşı ona deyib: "Necə?! Sən bığını qırxacaqsan? Arvad olacaqsan? Adımızı batıracaqsan? Çıx! Filarmoniyadan da çıx!". 1938-ci ildə həyat şərtləri daha ağır idi".

    ***


    Atasına qoyulan qadağa sonradan Ofeliya xanıma da qoyulur. Bir gün məktəblərində konsert olur. Səhnədə mahnı ifa edən Ofeliyanın səsi konservatoriyanın dekan müavininin xoşuna gəlir. Konsertdən sonra o, Ofeliyaya yaxınlaşıb, onu konservatoriyada oxumağa dəvət edir. Onuncu sinifdə oxuyan Ofeliya üç gün dərsə gedir, notları öyrənir. Ancaq 17 yaşlı məktəbli qızın musiqiyə olan həvəsinin qarşısını atası alır.

    Diktor müsahibələrinin birində həmin günləri belə xatırlayır: "3-cü gün gördüm ki, atam konservatoriyanın qabağında dayanıb, kəmərini də çıxarıb ki, məni vursun. Dedim "ata, kəmərini belinə bağla, mən bura bir də gələn deyiləm. Bir halda ki, sən narazısan, sənin narazı olduğun işə mən getmərəm. Bəs niyə bağda oxutdurursan məni? Dedi "bağda yad adamlar yoxdu ki, hamısı doğmamızdı. Hansı sahəyə gedirsən get, amma müğənni olmayacaqsan".

    ***


    Yeniyetmə qız ingilis dilinə həvəsi olsa da, radioya olan sevgisinin arxasınca gedir. Əvvəllər balaca xəbərləri oxuyur, uşaqlar üçün verilişləri aparır. Sonra ona deyirlər ki, yox, sən mütləq universitet oxumalısan. Aydın Qaradağlının məsləhəti ilə o, gecə-gündüz çalışıb filologiya fakültəsinə qəbul olunur. universitetdə oxuya-oxuya o, həm də radiodakı işinə davam edir.
    1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyir, 200-dən artıq filmin baş qəhrəmanlarını səsləndirir. "Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii, "Bakı bulvarı", "Mücrü" sənədli filmlərinə çəkilir.

    ***

    Aktrisanın çəkildiyi "Mücrü" sənədli filmindəki ana obrazı onun öz anasının prototipidir. İkinci dünya müharibəsinin ilk illərində doğulan Ofeliya xanım uşaqlıq illərində çox əzab əziyyət və korluq çəkib:

    "O filmdəki qadın mənim anamın obrazı idi. O film elə bil mənim taleyimdir. Mən 1941-ci ilin mayında doğulmuşam. İyun ayında müharibə başladı. Atamı, əmilərimi cəbhəyə apardılar. Anam - yazıq arvad, cavan gəlin... körpə uşaqlarla qaldı təkbaşına. Ağır, çətin illər olub. Mənim bir yaşım olanda anamdan şirinçay istəmişəm, olmayıb. Nənəm kənddən heyva, gavalı qurusu göndəribmiş, anam qaynadıb, suyunu mənə verib ki, şirinçaydır... 1943-cü ildə atam cəbhədən əlil qayıtdı. Bir il sonra bacım doğuldu. 1945-ci ildə 4 yaşım var idi. Cibinin üstündə gilas olan paltom vardı, çox sevirdim o paltonu. Elə bilirdim üstündəki doğruçu gilasdır. Bir gün anam qayıtdı ki, al bu çörək talonunu, get dükana. Mən yazıq da, dükana çatdım, talonu çıxarıb vermək istəyirdim ki, bir saqqallı kişi əlimdən qapıb qaçdı. Oturdum dükanın içində, o qədər ağladım ki... Bir aylıq çörək payımızı oğurlamışdılar".

    Ofeliya xanım Xalq artisti Mövsüm Sənaninin oğlu ssenarist, diktor Valid Sənaninin həyat yoldaşı olub. Onlar elə televiziyada bir-biri ilə tanış olublar.

    Diktor həmin günləri belə xatırlayır: "Mən televiziyaya gələndə Valid artıq öz sözünü demiş bir redaktor idi. Mənə elə gəlir ki, o, mənim səsimə vurulmuşdu. İnanın, biz ikimiz də bir-bimizin tayı idik. Hər gün gəlib, başımın üstündə durardı, oxuyacağım mətni dəqiqliklə yoxlayardı. Get-gedə hiss edirdim ki, o, mənə digər diktorlardan fərqli olaraq daha çox diqqət göstərir. Mənim də vardı 18 yaşım... Gözəl, yaraşıqlı qız idim. Məhəlləmizdən, qohum-qonşudan anama xəbər göndərənlər çox idi. O da deyirdi, qızım hələ uşaqdı. Daha demirdi ki, bu "uşaq qız" artıq könlünü verib. Bir qonşumuz vardı, zərgər idilər. Anası gəldi bizə, əlindəki boxçanı açanda məəttəl qaldıq. Biz o qədər brilyantı, qır-qızılı heç yuxuda da görməmişdik. Elə bil Əlibabanın xəzinəsi idi. Tökdü stolun üstünə... Dedi, bunlar Ofanındı, təki bir kəlmə "hə" desin oğluma... O, oğlana "hə" demədiyinizə heç vaxt peşman olmadım. Nəyimə lazım idi o qır-qızıl? Biz Validlə evlənəndə heç nəyimiz yox idi. Atası Möhsün Sənani bir nazik üzük almışdı, vəssalam. Allahın sırğası da yox idi ki, qulağıma taxıb, işə gedim. Amma o qədər xoşbəxt idik ki..."

    Onlar ailə qurandan sonra Ofeliya xanım ana olacağını öyrənir. On doqquz yaşlı diktor bu xəbərə çox sevinir. Ancaq bir müddət sonra həkimlər tərəfindən ona böyrək çatışmazlığı diaqnozu qoyulur.

    Ofeliya xanım həmin günləri belə xatırlayır: "19 yaşındaydım. Onda bildim ki, sən demə, mənim böyrəyimdə çatışmazlıq varmış. Həkim dedi uşağı tələf et, onu dünyaya gətirsən öləcəksən. Valid bütün günü israr edirdi ki, gedək götür onu, mənə sən lazımsan. Dedim, ölsəm də o uşağı doğacam, məndən yadigar qalar sənə. Nəsə... uzun çək-çevirdən, aylarla çəkən yataq rejimindən sonra vaxt-vədə çatdı. Qızım anadan oldu və mən öldüm... O anda gördüm ki, oturmuşam qazılmış bir çuxurda. Baxdım ki, göylər aralandı, əlində toppuz olan qara paltarlı bir nəfər endi yerə. Toppuzu dayadı sinəmə, dedi, imamlarımızın adını de. Dedim Allaha qurban olum, mənim 18 yaşım var, al canımı, mən imam adı bilmirəm. Sonra kəlmeyi-şəhadətimi soruşdu, onu da bilmədim. Dedim, onda qoy mən də səndən bir şey soruşum: bu çuxurda ki mən oturmuşam, bura niyə belə dardır? Qayıtdı ki, bəs gor əzabı necə olmalıdır? Dedim, sən Allah, məni sorğu-sual eləmə, bir canımdı o da Allaha qurbandı. Gördüm həmin adam baxdı göylərə...Sonra qayıtdı ki, get-get, sənə uzun bir möhlət verildi. Allah səni bağışladı. Və mən... ayıldım. Baxdım ki, palatada o boyda cərrahlar yerə oturub ağlayır. Sonra bildim ki, düz 15 dəqiqə ürəyim dayanıb. Hətta ürəyimə iynə də vurublar, xeyri olmayıb. Həkim ayıldığımı görən kimi sevindiyindən nə edəcəyini bilmirdi. Dedi, ay Ofa, bu möcüzədi, sən ayıldın? Sən ölsəydin, bizim hamımızı tutacaqdılar".

    Ofeliya xanım ailə qurandan sonra "Dağlarda döyüş" filminə çəkilmək üçün dəvət alır. Qayınatası Mövsüm Sənani də həmin filmə çəkilsə də, gəlininin filmə çəkilməyinə etiraz edir və ona qadağa qoyur. Ofeliya xanım isə israr edir, filmə çəkilir. Bu filmdən sonra ona SSRİ-nin müxtəlif kinostudiyalarından dəvətlər gəlsə də, o, imtina edir. Hətta Adil İsgəndərov onu başqa filmlərə çəkmək istəyir. Ofeliya xanım həm ailəsinə, həm də qayınatasının kəskin etirazlarına görə aktrisa olmağa razı olmur.

    ***
    Bir gün isə Mövsüm Sənani onu yanına çağırıb deyir: "Bilirəm, sənin aktrisalıq istedadın var. Səndən gözəl aktirsa olar. Amma istəmirəm ailən dağılsın. Çünki aktrisa olsan gec-tez ailən dağılacaq. Bu çox çətin sənətdir".

    Bir dəfə "Dağlarda döyüş" filmini Şamaxıda olan çəkilişləri zamanı Ofeliya xanım eşidir ki, qayınatası bərk xəstələnib. O, gecə ilə yemək tədarükü görüb cibinə qatlama bıçaq qoyaraq atla qayınatasının yanına gedir. Gəlinin qəfil gəlişindən təəccüblənən aktyorun bu əhvalatdan sonra Ofeliya xanıma olan hörməti daha da artır.

    ***
    1999-cu ildə diktor "Gəl səhərim" verilişini aparır. Çəkilişlər gecə yarısına qədər uzandığından qəfildən onu halı pisləşir. Böyrəklərində problem olduğuna görə, təzyiqi qalxır və Ofeliya xanım insult keçirir. Onu xəstəxanaya yerləşdirəndən sonra həkimlər deyir ki, üç gün yaşamaz. Ancaq Heydər Əliyevin tapşırığı ilə onu Moskvaya aparırlar. Orada müalicə olunan Ofeliya xanım sağ-salamat geri qayıdır.

    Ofeliya xanımın həyat yoldaşı Valid Sənani 2011-ci ildə 75 yaşında dünyasını dəyişir. Bu hadisədən çox sarsılan Ofeliya xanım ondan sonra heç vaxt ad gününü qeyd etmir, hətta bir dəfə eşidəndə ki, qohumları onu təbrik etmək istəyir, o, evdən qaçıb qızıgildə gizlənir. Uzun müddət həyat yoldaşının yasını saxlayır.

    Diktor ömür gün yoldaşının son günlərini müsahibələrinin birində belə nəql edir: "Valid qızdan sonra yatağa düşdü. Hövlləndi, həyəcan keçirdi. Qızımız onkoloji xəstədir. Əməliyyat olundu, amma Valid onun əməliyyat olunmasına dözə bilmədi. Qalmadı xəstəxanada, dedi ayaqlarım tutmur. Məni orada qoyub gəldi evə. Qız çıxdı əməliyyatdan, indi də müalicə alır. Gəldim gördüm Valid yataqdadır. O yatağa düşməyi ilə, bir də qalxmadı. Mənə görə çox əzab çəkirdi, narahat idi məndən. Bilirdi ki, ona bir şey olsa, təkliyi seçəcəyəm. Oğlumun, qızımın öz ailəsi var. Mən onlara qonaq getməyi sevirəm, amma hər kəsə öz evi doğmadır. Valid son günlərində mənə dedi, Ofelya, narahatam səndən, bu evdə tək qalıb öləcəksən, heç kəsin xəbəri olmayacaq. İstəsən, biri ilə ailə qurarsan, tək qalmazsan. Dedim başın xarab olub sənin? Mən bundan sonra ailə quranam? Ölərəm, uşaqlar bir gün görəcəklər zənglərə cavab vermirəm, gəlib tapacaqlar da məni".

    Oxunub: 292
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      28-08-2025
      00:21 | MDB-də ən az tələbə Azərbaycandadır -  Rəsmi
      00:20 | Türkiyə XİN Netanyahunun “erməni soyqırımı”na dair bəyanatını RƏDD ETDİ
      00:15 | Rusiyanı ittiham edən iranlı DİPLOMATA CİNAYƏT İŞİ AÇILDI
      00:10 | ATƏT-in Minsk Qrupunun ləğvinə dair layihə iştirakçı dövlətlərə TƏQDİM EDİLDİ
      00:05 | Prezidentdən TƏBRİK: “Futbol tariximizdə yeni bir səhifə yazdı!"- FOTO
      00:03 | Azərbaycanın Rusiyadakı konsulluğu qarşısında təxribat
      00:00 | Azərbaycanda 2700-dən artıq qadın 20 yaşına çatmamış abort etdirib
      27-08-2025
      23:15 | "Qarabağ" UEFA Çempionlar Liqasında Liqa mərhələsinə YÜKSƏLDİ
      20:20 | TÜRKİYƏNİ BU SİSTEM QORUYACAQ -  "Polad Qübbə"nin görüntüləri paylaşıldı /VİDEO
      20:15 | Bu şəxslər 30 min manatadək cərimələnə bilər
      17:55 | "Ryazan-Moskva” neft kəmərində partlayış baş verib - Mənbələr nə deyir
      17:45 | DİN-dən ƏMƏLİYYAT: İran vətəndaşları ilə əlbir olan şəxs tutuldu - VİDEO
      17:00 | Əhmədova məxsus şirkətlərin rəhbərlərinə də “stop” qoyuldu - Səbəb nədir?
      16:30 | NOBEL İDEFİKSİ. "O, bu mükafatı niyə aldığını bilmirdi, mən də niyə almadığımı bilmirəm”
      15:45 | Ötən il 63 uşaq 16 yaşa qədər qadın tərəfindən dünyaya gətirilib
      15:30 | Dövlət xətti ilə hansı ölkədə nə qədər azərbaycanlı tələbə oxuyur?- SİYAHI
      15:25 | Gənclər və İdman Nazirliyindən 1,6 MİLYONLUQ MÜƏMMALI TENDER - Təfərrüat
      15:00 | Azərbaycanda akademiklərin 95%-i PENSİYA YAŞINI ÖTÜB - SİYAHI
      14:15 | ABŞ-da KONQRESMENLİYƏ NAMİZƏD "QURAN"I YANDIRDI - FOTO
      14:00 | "Putin-Tramp dialoqu dünyanı dəyişəcək"- Dmitriyev
      13:33 | Milli Məclisdə aylar, hətta illərdir “yatan” qanun layihələri...
      13:00 | Yeni tələbələri rektorsuz qarşılayan  UNİVERSİTETLƏR
      12:30 | Mehdiyevin həyat yoldaşı MƏHKƏMƏDƏ NİYƏ UDUZDU?
      12:00 | 1 AYLIQ ƏMƏKHAQQINA BƏRABƏR XƏRC...-  Bir şagirdin məktəb bazarlığı neçəyə başa gəlir?
      11:55 | Makrondan Netanyahuya məktub: "İsrail heç vaxt qələbə qazanmayacaq"
      11:50 | ABŞ Hindistan mallarına tətbiq olunan tarifləri ikiqat artırıb
      11:45 | Prezident təyyarə qəzasından danışdı: "...Hörmətsizliyə dözməyəcəyik"
      11:15 | Ağdam üçün tarixi gün - Bakıdan qatar YOLA DÜŞÜR
      11:11 | "MÜHARİBƏ ZAMANI ZƏNGƏZUR DƏHLİZİNİ DƏ TUTMAQ OLARDI..." Prezident
      11:05 | Tramp ölüm hökmünün siqnalını verdi: "Mən diktator deyiləm"
      11:00 | "Qarabağ" üçün tarixi fürsət -  Klub rekord məbləğdə gəlir əldə edə bilər
      10:55 | "İran Prezidenti mənim kimi eyni qanı daşıyır, biz eyni dildə danışırıq"- İlham Əliyev
      10:52 | Rusiyada zəlzələ olub, Azərbaycanda 3-4 bal gücündə hiss edilib
      10:50 | TRAMP YENƏ MOSKVANI HƏDƏLƏDİ -  "Rusiya üçün pis olacaq..."
      10:45 | "Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur"-  İlham Əliyev
      10:40 | Qərb Ukraynaya 4-5 hərbi briqada göndərməyi müzakirə edir
      10:35 | Bakı və İrəvan 2026-cı ildə Sülh Müqaviləsi imzalaya bilər
      10:30 | İlham Əliyev “Əl-Ərəbiyyə" TELEKANALINA MÜSAHİBƏ VERİB - Tam MƏTN /VİDEO
      00:30 | Ermənistan və Rusiya gücləndirilmiş REJİMƏ KEÇİR: Sentyabrın 1-dən...
      00:27 | Ukrayna ordusuna dair dəhşətli STATİSTİKA
      00:25 | “Britaniya-Azərbaycan tərəfdaşlığı ilə fəxr edirik”- Səfir Ferqus Auld
      00:20 | Hökumət 18-22 yaş arası kişilər üçün qaydaları dəyişir - Ukraynada
      00:15 | Makronun vəzifədən uzaqlaşdırılması üçün yeni proses başladı
      00:13 | Tramp ölüm cəzasını bərpa etmək istəyir
      00:10 | Azərbaycanın Ukraynaya göstərdiyi yardımın ümumi həcmi AÇIQLANDI
      00:07 | Zelenski - Putin danışıqları Türkiyədə baş tuta bilər
      00:05 | Azərbaycan və Suriya arasında razılaşma əldə olundu
      00:00 | "İran nüvə proqramı üzrə ABŞ ilə danışıqlara hazırdır"- Abbas Əraqçi
      26-08-2025
      20:45 | Fantastik “ANALİZ QİYMƏTİ”, YERSİZ YOXLAMALAR...- Özbəklər AQTA-dan nə öyrənəcək?
      20:40 | Minsk Qrupunun sentyabrın 1-də LƏĞV EDİLMƏSİ gözlənilir
      20:35 | MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib -  RƏSMİ
      20:30 | İki ölkənin sərhədinə 15 min əsgər yerləşdiriləcək
      20:25 | "Hazırkı vəziyyətdə iki dövlətli həll yolu mümkün deyil"- İsrail səfiri
      20:20 | MOSKVADAKI azərbaycanlıların NƏZƏRİNƏ! - HƏR ADDIMLARI İZLƏNƏCƏK
      20:00 | Ali məktəblərə qəbul üzrə iki mindən çox plan yeri boş qalıb
      18:50 | Rusiya Donetskə zərbə endirib -  150-yə yaxın şəxs şaxtada qalıb
      18:45 | ABŞ-a səyahət bahalaşır: Vizaya əlavə 250 dollar rüsum gəlir
      17:45 | Kartdan pul çıxdı, nə taksi var, nə sürücü...- “Bolt”dan şikayət yağır /VİDEO
      17:40 | AZƏRBAYCANDA MÜƏLLİMLƏRİN SAYI GETDİKCƏ AZALIR - Səbəb nədir?
      17:30 | Bakıda gizli FAHİŞƏLİK ŞƏBƏKƏSİ - Özlərini belə "SATIRLAR" /FOTO
      16:30 | Bələdiyyələr mənzillərə borc bildirişləri göndərir - Əmlak vergisi hansı quruma ödənilməlidir?
      16:20 | Hansı universitetlər təhsil haqlarını əvvəlcədən tələb edir?- AÇIQLAMA
      14:15 | İsrail MN: Hermon dağının işğalını davam etdirəcəyik
      14:00 | ZELENSKİNİ ƏVƏZLƏYƏ BİLƏCƏK ƏSAS FİQUR... General ZALUJNI -“The Guardian”ın ŞƏRHİ
      13:45 | Dünyanın hansı ölkələrində dəniz suyu içirlər? - Araşdırma
      13:41 | Bakıda orta aylıq əməkhaqqı 11 manat azalıb -  Paytaxtda ən çox və ən az qazanan kimlərdir?
      13:30 | “Nüvə bombası düzəltmək istəyirdik, amma...”- İranlı deputatın açıqlaması Trampı hərəkətə gətirib /VİDEO
      13:23 | "Norveç Ukraynadakı münaqişənin alovuna yanacaq qatır"- Rusiya səfirliyi
      13:00 | SON 80 İLDƏ 2 MİNDƏN ŞOX NÜVƏ SİLAHI PARTLADILIB - TƏSİRLƏRİ HƏLƏ DƏ DÜNYADA QALIR
      12:50 | Ərdoğanın meydan oxuyan bəyanatının ÜNVANI BƏLLİDİR: Yolun sonu gəldi!
      12:45 | Sərhəddə güllələnən erməni hərbçiyə cinayət işi açıldı - SƏBƏB
      12:40 | Hansı universitetlərdə əlavə təqaüdlər verilir?-  SİYAHI
      12:35 | Trampdan Qəzza bəyanatı: 2-3 həftə ərzində yaxşı xəbərlər olacaq
      12:25 | ÖDƏNİŞLİ İXTİSASLARDA TƏLƏBƏLƏR NƏ EDƏCƏK?- "Kreditlərin əhatə dairəsi geniş olmalıdır..."
      12:15 | Ötən il övladlığa götürülən uşaqların sayı açıqlanıb
      12:00 | Bu tələbələrə Prezident təqaüdü - ayda 350 manat veriləcək
      11:55 | Orduda polkovnik da daxil olmaqla 35 HƏRBÇİ BİR-BİRİNİ GÜLLƏLƏDİ
      11:44 | Azərbaycanda elmi tədqiqatçıların sayı məlum olub
      11:35 | DÜNYANI YAXIN 5 İLDƏ GÖZLƏYƏN 5 BÖYÜK MÜNAQİŞƏ - Cənubi Qafqazın adı keçmir, amma...
      11:30 | Ukrayna artıq Pentaqondan icazə istəmir: Rusiyanı bu raketlərlə vurur
      11:22 | ABŞ Prezidenti indi də KXDR lideri ilə görüşmək istəyir
      11:17 | RUSİYA İsrailə İran əleyhinə MƏLUMAT ÖTÜRÜB - ŞOK İDDİA
      11:10 | Ursula fon Der Leyen Almaniya prezidentliyinə namizəd olacaq
      11:05 | AZƏRBAYCANIN BAŞ KONSULLARI KİMLƏRDİR - SİYAHI
      11:00 | Ərdoğandan Zəngəzurla bağlı MÜHÜM MESAJ
      10:55 | Ötən həftə döyüşlərdə 7000-dən çox əsgər ölüb -  TRAMP
      10:53 | Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin qızı işdən çıxarıldı
      10:45 | Pensiya yaşına çatıb PENSİYA ALA BİLMƏYƏNLƏRİN SAYI 166 MİNİ KEÇDİ
      25-08-2025
      19:30 | Rusiya Baş prokuroru istefa verir -  Ali Məhkəməyə sədrlik etmək istəyir
      19:15 | TRIPP-lə TRAMP İRANA ZƏRBƏ VURDU - “Fox News”-un ŞƏRHİ
      19:05 | “İlham, siz böyük lidersiniz”- Tramp Prezidentə hədiyyə göndərdi - FOTO
      19:00 | Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək -  XƏBƏRDARLIQ
      18:55 | Rəqsanənin ərinə də cinayət işi açıldı -  Ölkədən çıxa bilməz /FOTO
      16:05 | Quş qripi TƏHLÜKƏSİ - Bu ölkələrdən idxal MƏHDUDLAŞDIRILDI
      16:00 | ALİ MƏKTƏBLƏRƏ BUİLKİ KEÇİD BALLARI AÇIQLANDI - Linklər
      15:45 | Putin və Pezeşkian Cənubi Qafqazı MÜZAKİRƏ EDİB
      15:40 | Şahin Şıxlinski AĞIR DURUMDA - Hər an ölüm təhlükəsi var
      15:35 | Əhməd əş-Şara BMT Baş Assambleyasında çıxış edəcək
      15:30 | Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirib
      15:25 | “Avropa liderləri TRAMPA YALTAQLIQ ETMƏYİ SEÇDİLƏR”- Financal Times
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.