Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"-
    "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
  • 
  • QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI - 
    QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
  • 
  • İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb -
    İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
  • 
  • Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...-
    Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
  • 
  • Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
    Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
  • 
  • Ərdoğan pilota "geri dönün" əmri verib - 
    Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
  • 
  • ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var -
    ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
  • 
  • Qohumla evlənmək üçün...
    Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
  • 
  • Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
    Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
  • 
  • Ərdoğan Misirdə!
    Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
  • 
  • İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü -
    İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
  • 
  • Misir Prezidenti İlham Əliyevi belə qarşıladı -
    Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
  • 
  • “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
    Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
  • 
  • Deputat partiyadan çıxarılıb -
    Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
  • 
  • "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-
    "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
  • 
  • Tehran küçələrində hicabsız qadınlar -
    Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
  • 
  • Prezident dəmir yolu işçilərini təltif etdi -
    Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
  • 
  • Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
    Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
  • 
  • Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
    Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
  • 
  • Müdafiə Nazirliyi məlumat yaydı:
    Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
  • 
  • Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
    Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • General Mövlam Şixəliyevin məhkəməsi başlayıb - Jurnalistlər buraxılmayıb /Yenilənib
  • General Mövlam Şıxəliyevin məhkəmə zalından görüntüsü yayıldı
  • Generalın məhkəməsində zərərçəkmişlərin etirazı: "Hakim vaxtı ilə Şixəliyevin rəhbərliyi altında çalışıb"
  • Ziyad Səmədzadə: Eldar Mahmudovun özü ilə deyil, atası ilə əlaqəm olub
  • GENERALIN ARVADININ, QIZININ, OĞLUNUN ADINA... - Milyonluq mülklərin şok siyahısı
  • İş adamı Neftçaladan məhkəməyə qaloşla gəldi: 8 milyon rüşvət verdim... - FOTOLAR

    • Tarix: 6-04-2022, 11:40


    1 aylıq fasilədən sonra, Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Elbəy Allahverdiyev mətbuat nümayəndələrinin açıq məhkəmə prosesində iştirakına imkan vermir. Hər dəfə bir bəhanə gətirib jurnalistlərin məhkəmə zalına buraxmır.

    Sonuncu prosesdə iş üzrə zərərçəkən İbrahim Zeynalovun oğlu İlqar Zeynalov ifadə vermişdi. O, atasının xəstə olduğunu, bu səbəbdən prosesə onun nümayəndəsi kimi prosesə qatıldığını açıqlamışdı. Aprelin 5-nə təyin edilən prosesə isə İbrahim Zeynalov özü gəlib. İlqar Zeynalov jurnalistlərə bildirib ki, atası 3 ağrıkəsici iynə vurdurmaqla prosesə qatılmaq qərarı verib.

    İbrahim Zeynalov səhhətindəki problemlərdən, xüsusən ayaqlarındakı ağrılardan əziyyət çəkir. O, məhkəmə binasına bir neçə nəfərin köməyi ilə, nimdaş geyimdə, cırılmış qaloşda gəlib.

    Prosesin keçirildiyi zal məhkəmənin 2-ci mərtəbəsində yerləşdiyində İbrahim Zeynalov 2-ci mərtəbəyə çətinliklə, yanındakı şəxslərin qollarından tutmaqla, fasilə verməklə qaldırılıb.

    Onun səhhətini nəzərə alaraq məhkəmə zalında oturulu halda ifadə verməsinə şərait yaradılıb.

    İbrahim Zeynalov sərbəst ifadəsində ibtidai istintaqa verdiyi ifadəni tam şəkildə təsdiq etdiyini bildirdi. Əlavə olaraq o, deputat Ziyad Səmədzadəni ona qarşı cinayət sifarişi verməkdə ittiham edib: “Deputat Ziyad Səmədzadə ilə uzun illər dost olmuşuq. O, mənim harada nəyim vardısa, hər şeyin canlı şahidi idi. Bilirdi ki, zavodum, fabrikim, sexlərim, evlərim, mülklərim var. Mən heç zaman ağlıma gətirməzdim ki, bu adamdan bir gün təhlükə gələ bilər. Çünki illər boyu Ziyad Səmədzadənin cibxərcliyini, səfərlərinin maliyyələşməsini mən elədim. Qızına torpaq bağışladım, həmin torpaqda inşa edilən evin tikinti materiallarını, kafel-metlaxını, qranit daşlarını Almaniyadan alıb gətizdirdim, hədiyyə elədim. İllərlə toy-yasımız bir olub. Bir gün də Ziyad Səmədzadə özlüyündə düşünüb ki, mənim biznesimə şərik ola bilər. Belə də eləyib. Mənə deyəndə ki, bizmesinin 49 faizini mənim və ya qızımın adına sənədləşdir, ona cavab verdim ki, Ziyad, bilirsən ki, biznesi uşaqlarıma görə qurmuşam, sənə pay verə bilmərəm. Dedim ki, get işinlə məşğul ol! Ziyad Səmədzadə də dedi ki, bax, sənin başına nə oyun açacağam! Heç ağlıma gəlməzdi ki, məni tutdurar, başıma oyun açar. Bu söhbətdən az müddət keçdi, günlərin birində məni MTN-ə sifariş edib tutdurdu”.


    Zərərçəkən İbrahim Zeynalov deyib ki, 19 dekabr 2008-ci ildə səhər saat 10 radələrində işə getmək üçün yaşadığı mənzildən çıxmaq istəyərkən qapı döyülüb: “Qapını açanda 2-3 nəfər şəxs özlərini MTN əməkdaşları kimi təqdim edib məni nazirliyə apardılar. Düz Yasin Məmmədovun kabinetinə getdik. O vaxta qədər Yasin Məmmədovu tanımırdım. Elə qapıdan içəri girmişdim ki, barmağı ilə 1 işarəsini göstərib dedi ki, bunu verməsən, səni buraxmayacağıq. Bir nə deməkdir, soruşdum, Yasin yenə barmağını göstərdi. 1 milyon deyirsən, soruşdum. Dedi ki, yox, 10 milyon deyirəm. Məni MTN-ə aparanlardan birinin adı Nazim idi. O, Yasinin kabinetinə əlində kağız və pul ilə birlikdə gəldi. Dedi ki, “sənin işçin Solmazı gətirmişik, buradadır, deyir ki, sənə 1650 manat pul verib, həmin pul əlimdəki puldur”. Nazim pulu göstərib “bu pulu sənin üzərindən aşkar etməyimizi, həmin pulun sənə Solmaz tərəfindən verildiyini sənəddə yazmışıq, götür bu sənədi imzala, narahat olma, hər şey yaxşı olacaq” dedi. Yasin Məmmədovla işçisi Nazimin danışığından başa düşdüm ki, bütün bunlar Ziyad Səmədzadənin Eldar Mahmudovla birlikdə başıma açdıqları oyundur. Tutulacağımı başa düşdüyümə görə həmin sənədi imzaladım. Nazim məni iş otağının yanındakı başqa otağa apardı. Səhərə kimi həmin otaqda qaldım. Orada barəmdə cinayət işi başlandı. Növbəti gün Yasin Məmmədov məni dindirdikdən sonra Səbail rayon məhkəməsinə apardılar. Orada barəmdə 2 ay müddətinə həbs qəti-imkan tədbiri seçildi. Ertəsi gün Mövlam Şixəliyev məni xidməti otağında qəbul etdi. Həmin otaq 6-cı mərtəbədə Yasin Məmmədovun otağı olan dəhlizdə yerləşir. Aralarında təxminən 3-4 otaq var. Məni Mövlam Şixəliyevin otağına Yasin Məmmədov apardı. Görüş zamanı Mövlam Şixəliyev məni qanunsuz işlər görməkdə ittiham elədi. Məni hədələdi və Yasin Məmmədova işi ciddi istintaq etməyi tapşırdı. Bundan bir neçə gün sonra Yasin Məmmədov məni otağına gətizdirib sağ əlinin şəhadət barmağını göstərərək “sən burada qalmalı adam deyilsən, bunu ver, çıx, get evə” dedi. Yasin Məmmədovun məndən 1 milyon dollar pul istədiyini fikirləşirdim. Yasinə “məni burax, axşama kimi pulu gətirim verim sənə” dedim. Lakin Yasin “sən deyəsən məni başa düşmədin, nə 1 milyon?! 10 milyon dollar! Əgər pulu verməsən sənə köməklik edilməyəcək” dedi. Bu qədər məbləğdə pul düzəltmək mümkün olmadığını dedim. Hələlik 2 milyon manat pul verə biləcəyimi dedim. Qalanını da azadlığa çıxandan sonra hissə-hissə düzəldib verməyi təklif elədim. Yasin Məmmədov bununla razılaşmadı. Sonrakı günlərdə də Yasin Məmmədov məni tez-tez otağına gətizdirdi. 10 milyon dollar tələb edirdi. Vəkilim vasitəsi ilə oğlum İlqara “məndən 10 milyon dolları pul istəyirlər, əmlaklarımızı sat, pulu ver, burada qala bilmirəm” məzmunlu məktub yazdım. İlqar da xəbər göndərdi ki, “artıq evin birini satmışıq, bütün əmlakları satışa çıxarmışıq, darıxma, pul düzəldirik”.


    Növbəti dəfə təxminən 15 gün sonra məni Mövlam Şixəliyevin otağına apardılar. Mövlam Şixəliyev Yasin Məmmədovun yanında mühasibim Qüdrətlə maraqlandı. Yasin otaqdan çıxan kimi Mövlam Şixəliyev Qüdrətin buraxılmasına görə Yasin Məmmədova nə qədər pul verdiyimi soruşdu. Dedim ki, Qüdrətə görə 50 min manat vermişəm. Bundan sonra Mövlam Şixəliyev Qüdrəti tutmayacaqlarını və onun işinin də həllinə görə kömək edəcəyini dedi. Bu görüşdən təxminən 15-20 gün sonra Yasin Məmmədov məni yenə Mövlam Şixəliyevin otağına apardı. Mövlam Şixəliyev əvvəlki görüşlərdən fərqli danışdı. Bir az mülayim, səmimi söhbət elədi, Ziyad Səmədzadə ilə aramızdakı münasibətləri dəqiqləşdirdi. 2009-cu ilin mart ayında, Novruz bayramına 3-4 gün qalmış qardaşım Məzahim Zeynalovla MTN-nin binasında görüş təşkil etdilər. Məzahim mənə “darıxma, nəyimiz var, hamısını satırıq, pulu düzəldəcəyik” dedi. Bir neçə aydan sonra məni Penitensiar Xidmətin Müalicə Müəssisəsinə etap etdilər. Bir qədər orada qaldıqdan sonra, 2009-cu ilin iyul ayında MTN-nin istintaq təcridxanasına qaytardılar. Elə həmin gün Yasin Məmmədov məni öz otağına gətizdirdi. Dedi ki, “oğlun İlqar 8 milyon dollar pul verdi, səni buraxıram, amma çağıranda gələrsən”. Penitensiar Xidmətin Müalicə Müəssisəsindən qayıdan gün Yasin Məmmədov məni Mövlam Şixəliyevin otağına apardı. Mövlam Şixəliyev səhhətimlə maraqlandı. O da dedi ki, oğlun İlqar Zeynalov hər şeyi həll etdi. Lakin məni buraxa bilmədiklərini, yaxın günlərdə Eldar Mahmudovun qəbuluna düşən kimi məruzə edib məni buraxacağını bildirdi. Növbəti dəfə Mövlam Şixəliyevlə ev dustaqlığına çıxan gün görüşdüm. Həmin gün Mövlam Şixəliyev Yasin Məmmədovun otağına gələrək “sənədlərini tez hazırla, burax. Daha tez-tez çağırma” deyib tapşırdı. Məni buraxdıqları gün Solmaz da istintaq idarəsində idi. O da dedi ki, məni buraxacaqlar, bu münasibətlə məni təbrik etdi. Həmin dövrdə heç bir ağır xəstəlikdən əziyyət çəkmirdim. Yasin Məmmədov isə “səni ağır xəstəliyinlə əlaqədar olaraq həbsdən azad edirəm” dedi. Buraxıldıqdan sonra qardaşım Məzahim və oğlum İlqar Yasin Məmmədova 8 milyon dollar pul verdiklərini, daha dəqiqliklə həbsdən buraxmamışdan 3 gün əvvələ kimi 3 gün ərzində İlqarın həmin pulu Yasin Məmmədovun tapşırığına əsasən televizor qutularında qablaşdırılmış vəziyyətdə MTN-nin girişində Yasin Məmmədovun göndərdiyi şəxslərə təhvil verdiyini bildirdilər.


    Danışdllar ki, həmin pulları mənə məxsus olan, Şamaxı şosesi 1 ünvanda yerləşən evimdə rəhmətlik həyat yoldaşım Böyükxanım Muğbil qızı Zeynalova, 2015-ci ildə rəhmətə getmiş oğlum İlkin, 2016-cı ilin yanvar ayında rəhmətə getmiş qızım Səbinə Zeynalova, qardaşım Məzahim Zeynalov tərəfindən sayılaraq həmin qutulara qablaşdırılıb. Pullar Yasin Məmmədova çatdırılıb. Bundan sonra barəmdə olan cinayət işi Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərildi və mənə şərti cəza verildi”.

    İbrahim Zeynalov bildirib ki, oğlu, qızı, həyat yoldaşı evlərində aparılan qanunsuz axtarışlar zamanı qorxu-həyəcan keçiriblər: “Qızımın da, oğlumun da, özümün də evlərimizdə axtarış aparıb qızıl-brilyant, pul axtarıblar. Divarları laqonda ilə kəsib-doğrayıblar, parket döşəmələri söküb seyf axtarıblar. Qızım bu hadisə zamanı həyəcan keçirib, qorxub. Xəstəlik tapdı, yataq xəstəsi olmuşdu. Oğlum, ardınca da qızım dünyasını dəyişdilər. Həyat yoldaşım da uşaqlarımızın ölümünə dözmədi, o da həyətdan getdi. Bu adamlar mənim həyatımı alt-üst etdilər. Heç nəyim qalmadı. İllərdir ki, Neftçalada vaqonda yaşayıram”.

    İbrahim Zeynalov prosesdə kövrəlib, buna görə də vəziyyəti pisləşib. Ona su verib, yardım göstəriblər.

    Bir neçə dəqiqəlik sükutdan sonra İbrahim Zeynalov baş verənlərə görə Yasin Məmmədovu lənətləyib. Bu zaman Yasin Məmmədov ayağa qalxaraq İbrahim Zeynalovun üstünə qışqırmaqla ona tərəf yeriyib. Məhkəmə zalında qovğa düşüb. Digər zərərçəkənlər də Yasin Məmmədovun üzərinə yeriyiblər, ondan geri oturaraq səsini kəsməsini tələb ediblər. Yasin Məmmədov yerinə oturub. Hakim Elbəy Allahverdiyev Yasin Məmmədova xəbərdarlıq edib.

    Zərərçəkən Hüseyn Səfərov hakimi tərəf tutmaqda ittiham edib: Bunlara bu şəraiti yaradan sizsiz. Siz bunların tərəfini tutursuz. Məhkəməni birtərəfli aparırsız. Hakimliyə layiq olmayan hərəkətlərə yol verirsiz. Dövlətin əsaslarını sarsıdırsız. Yasin Məmmədov da həbsdə olmalıdır. Azadlıqdadır deyə zərərçəkənlərə gözünüzün qabağında hədə-qorxu gəlir, səsinizi çıxarmırsız. Biz danışmasaq, sizdən reaksiya yoxdur".


    Hakim Elbəy Allahverdiyev Hüseyn Səfərovu məhkəmə zalından çıxarıb.

    Bundan sonra zərərçəkən Zaur Əliyev İbrahim Zeynalova bir neçə sual verdi. İbrahim Zeynalov dedi ki, onu sırf mal-mülkünün əlindən almaq üçün qanunsuz olaraq həbsə alıblar: "1650 manat rüşvəti polis və ya uzağı prokurorluq araşdıra bilərdi. Bu məsələnin MTN-ə heç bir aidiyyatı yox idi. Çünki rüşvət məsələsi də yox idi. Mənim həbsimi Ziyad Səmədzadə sifariş edib, bunlar da mal-mülkümü əlimdən almaq üçün bir ittiham uydurub məni həbs etdilər. Məni faktiki olaraq girov götürüblər. 7 ay 17 gün girov saxlayıblar".

    İbrahim Zeynalovun bu sözlərinə Mövlam Şıxəliyev belə reaksiya verib: "Bu məsələnin araşdırılması xüsusi tapşırıqla bizə həvalə olunmuşdu. Xüsusi nəzarətdə idi. Mən indi həmin adamın adını çəkə bilmirəm. Çünki səhər mətbuatda çıxacaq. Vaxt gələr, zaman gələr, açıb deyəcəyəm. Bu işə prokurorluğun da xüsusi nəzarəti olub".

    Yasin Məmmədov da İbrahim Zeynalovla əlaqəli işi prosessual qaydalara uyğun araşdırıldığını dedi.

    Bundan sonra İbrahim Zeynalovun yaxınları şahid qismində ifadə veriblər. Onlar İbrahim Zeynalovun qanunsuz həbsindən sonra övladlarının, qardaşının evlərini, əmlaklarını sataraq 8 milyon dollar düzəltdiklərini və aparıb MTN-ə verdiklərini təsdiq ediblər.

    Bundan sonra proses 12 aprelə qədər təxirə salındı. (musavat.com)

    Oxunub: 411
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      21:00 | "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
      21:00 | QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
      20:45 | İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
      20:44 | Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
      17:20 | Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
      17:00 | Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
      16:45 | ÖLKƏDƏ BU ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ KƏSKİN BAHALAŞIB - İqtisadçı səbəbləri açıqladı
      16:35 | ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
      16:30 | Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
      16:25 | Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
      16:20 | Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
      15:45 | “KÖÇƏRYANDAN XAHİŞ ETDİM Kİ, MƏNİ EVİMƏ APARSINLAR”- Misir Mərdanovla MÜSAHİBƏ
      15:30 | İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
      15:25 | Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
      15:20 | Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
      15:15 | Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
      15:10 | BAKIDA GÖMRÜK məmurunu QADINA GÖRƏ ÖLDÜRÜBLƏR -  ŞOK DETALLAR
      14:41 | "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
      13:20 | Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
      13:15 | Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
      13:10 | Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
      13:00 | "AZƏRBAYCAN VƏ QAZAXISTAN TƏHDİD ALTINDADIR..."- “Rusiya ilə əvvəlki münasibətləri bərpa etmək mümkün deyil”
      12:45 | Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
      12:30 | 5 ÖLKƏYƏ qırıcı təyyarələrə sahib olmaq QADAĞANDIR - SƏBƏB NƏDİR?
      12:25 | Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
      11:40 | Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
      11:30 | BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
      11:25 | İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
      11:20 | Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
      11:15 | Şair Əlisəmid Kür vəfat edib
      11:00 | Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.