Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"-
    "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
  • 
  • QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI - 
    QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
  • 
  • İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb -
    İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
  • 
  • Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...-
    Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
  • 
  • Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
    Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
  • 
  • Ərdoğan pilota "geri dönün" əmri verib - 
    Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
  • 
  • ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var -
    ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
  • 
  • Qohumla evlənmək üçün...
    Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
  • 
  • Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
    Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
  • 
  • Ərdoğan Misirdə!
    Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
  • 
  • İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü -
    İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
  • 
  • Misir Prezidenti İlham Əliyevi belə qarşıladı -
    Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
  • 
  • “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
    Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
  • 
  • Deputat partiyadan çıxarılıb -
    Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
  • 
  • "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-
    "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
  • 
  • Tehran küçələrində hicabsız qadınlar -
    Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
  • 
  • Prezident dəmir yolu işçilərini təltif etdi -
    Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
  • 
  • Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
    Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
  • 
  • Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
    Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
  • 
  • Müdafiə Nazirliyi məlumat yaydı:
    Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
  • 
  • Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
    Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Xüsusi amansızlıqla öldürülən kişinin qatili arvadı çıxdı
  • Bakıda qardaş qardaşı qətlə yetirdi
  • Bakıda kriminal avtoriteti qətlə yetirən şəxsin məhkəməsi başlayır
  • Bakıda ərini öldürən qadın məhkəmə zalından azadlığa buraxıldı
  • Bakıda 2 qadının öldürülməsi ilə bağlı rəsmi açıqlama
  • İntim sirlərinə görə ərini öldürdü - Bakıda biznes-ledinin cinayəti

    • Tarix: 28-05-2022, 10:12


    CİNAYƏT İŞİ

    Qısa arayış...

    2019-cu il iyulun 7-də paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "Q" yaşayış sahəsindəki evlərdən birində Araz Sofiyevin qətlə yetirilməsi, xanımı Rənanın isə yaralanması barədə polisə məlumat daxil olur. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək əraziyə baxış keçiriblər. 

    Hadisə zamanı xəsarət alan Rəna Sofiyeva ilkin izahatında göstərib ki, maskada olan 2 nəfər evlərinə basqın edib. Onlar həyat yoldaşını qətlə yetiriblər, özünə isə xəsarət yetirərək, evdən 4850 dollar və mobil telefonları ələ keçiriblər. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə uzun müddət araşdırma aparılsa da, heç kimi məsuliyyətə cəlb etmək mümkün olmayıb. Mərhumun atası hadisədə gəlinindən şübhələnib. Həmçinin, R. Sofiyeva da prokurorluğa izahatında yalan ifadə verib. Hadisədən 7 ay sonra o, şübhəli qismində saxlanılıb.

    Globall.az xəbər verir ki, lent.az dəhşətli qətl hadisəsinin istintaq materiallarını əldə edib

    İstintaqla müəyyən edilib ki, Araz Sofiyev 2019-cu ilin mart ayında 2003-cü ildən rəsmi nikahda olduğu Rəna Sofiyevanın ailəvi tanışları Mehman Xəlilovla intim münasibətdə olduğunu bilib. Yoldaşının bu barədə valideynlərinə məlumat verib boşanacağını bəyan etməsindən sonra, qadın anası və qardaşlarının yanında rüsvay olmasının qarşısını almaq üçün onu qətlə yetirmək qərarına gəlib.

    Bu məqsədlə Rəna 2019-cu il iyulun 7-də saat 23 radələrində Araz evə qayıtdıqdan sonra ona psixotrop maddə verərək halsız vəziyyətə salıb. Əri qonaq otağındakı divanda uzanıb yatandan sonra gecə saat 2:45-də mənzilin giriş qapısını açıb, kənar şəxsi ya şəxsləri içəri buraxıb. Onlarla birlikdə ərinə qarşı müstəsna dərəcədə qəddarlıqla kəsici və küt alətlərlə çoxsaylı zərbələr vurmaqla onu xüsusi amansızlıqla qəsdən öldürüb. İş üzrə dindirilmiş Rəna Sofiyeva bildirib ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Kənd Təsərrüfatı texnikaları satan "4S" MMC-də aylıq 1350 manat əmək haqqı almaqla marketinq-menecer vəzifəsində işləyib. 2003-cü ildə Araz Sofiyev ilə ailə həyatı qurub, nikahdan bir övladları dünyaya gəlib: "Ailə qurduqdan sonra Yeni Günəşli qəsəbəsinin "Q" yaşayış massivində yaşayırdıq. Araz müxtəlif şirkətlərdə ekspeditor, axırıncı dəfə dondurma zavodunda satış meneceri işləyib, 2017-ci ildən heç yerdə işləməyib. Araz işləmədiyi müddətdə bir neçə dəfə banklardan kreditə pul götürmüşəm. "Hyundai" markalı avtomobilimi 2018-ci ildə 10.000 manata qardaşım Salman Bayramova satdım, pulu dollara dəyişdim. Əvvəl başqa maşın almaq istəyirdim, lakin sonradan fikrimi dəyişib pulu oğlumun təhsili üçün saxladım.

    İstintaq fotosu

    Hadisədən 3 həftə əvvəl Araz məndən çoxdan aldığı qızıl qolbağımı işlədib-işlətmədiyimi soruşdu. İstifadə etmədiyimi söylədikdə Araz qolbağı satmaq istədiyini dedi. Bunun səbəbini soruşduqda o, kimlərəsə borcu olduğunu bildirdi. Dəyəri təxminən 1500 manat olan qolbağı ərimə verdim. Araz da onu satıb, borcunu qaytardı. 2 ay olardı ki, əlavə iş kimi restoranlar üçün dekor gülləri yetişdirib satmağa başlamışdım. Bununla əlaqədar Heydər Əliyev prospekti 115-də yerləşən biznes mərkəzində icarəyə ofis götürmüşdüm. 2019-cu il iyulun 6-sı saat 18 radələrində Araz mənə zəng edərək, ofisin qarşısında olduğunu dedi. Aşağı düşdükdə Arazı, qayınatam Knyazı və qaynım Ayazın maşınla gəldiklərini gördüm. Onlarla birlikdə evimizə getdik. Bir qədər evdə oturub, söhbət edəndən sonra qonaqlar çıxıb getdilər. Saat 21 radələrində kimsə Araza zəng edib, onu futbol oynamağa çağırdı. Buna görə yoldaşım evdən çıxdı və 3 saatdan sonra qayıtdı. Həmin vaxt evdə mən, anam və oğlum olub.

    Futboldan gələn Araz hamam otağına keçdi. Gecə saat 1 radələrində ərim havaların isti keçməsinə görə kondisioner olan qonaq otağında divanda yatdı. Saat 3 radələrində yuxudan oyandım. Qonaq otağına keçəndə Arazın yavaş səslə tanımadığım 2 nəfərlə nə isə danışdığını eşitdim. Arazın qarşısında oturan şəxs mənə "səs çıxartma, gəl yoldaşının yanında otur" dedi. Ərim də həmin şəxslərə deyib ki, "mənə nə edirsiniz edin, ailəmə toxunmayın". Arazın solunda əyləşdim. Ərimin tapşırığı ilə 4850 dolları götürüb qonaq otağına qayıtdım. Pulu verən kimi Arazın qarşısında oturan şəxs mənə evdə olan telefonları gətirməyimi tələb etdi. Özümün, anamın və oğlumun telefonlarını gətirib onlara verdim. Telefonları götürən şəxs, pulun qalan hissəsini nə vaxt verəcəyini soruşanda, Araz əsəbiləşərək uca səslə "bundan artıq pulu olmadığını" dedi. Həmin şəxs "sakit olmasını, əks halda ikimizi də öldürəcəyini" bildirəndə, ərim onu söydü. Qapının yanında dayanan və qarşımızda oturan şəxslər hücum edib, yoldaşıma zərbələr vurmağa başladılar. Mane olmaq istədikdə, sol qolumdan yaralandım. Qışqıran kimi onlardan biri üzümə yumruq vurdu. Zərbənin təsirindən huşumu itirdim. Özümə gələndə anamın qışqırdığını, Arazın isə divanda qan içində, oturaq vəziyyətdə olduğunu gördüm. Təcili tibbi yardıma zəng etdik, tibbi briqada məni 3 saylı şəhər Klinik Xəstəxanasına aparıb, orada qoluma sarğı qoydular".

    Rəna Sofiyeva əlavə edib ki, Araz son vaxtlar sakitləşdirici dərman qəbul edirdi. Onun kimlərə nə qədər pul borcu olduğunu bilməyib. Hadisə baş verən gecə saat 1 radələrində yatıb, qapının döyülməsini eşitməyib. Hazırkı iş yerindən əvvəl 2007-ci ildən Mehman Xəlilovun rəhbərliyi ilə proqram təminatı, dizayn işləri ilə məşğul olan şirkətdə çalışıb. Xəlilovla 2014-2016-cı illərdə qeyri-rəsmi ər arvad münasibətində olub, 2019-cu ilin mart ayında bu barədə yoldaşına danışıb. Ərini öldürən şəxslərin üzündə qara rəngli maskalar olub, onlar rus dillində danışıblar.


    Zərərçəkmiş şəxsin hüquqi varisi Qinyaz Sofiyev ifadəsində göstərib ki, iyulun 6-da oğlu Arazgildə bir qədər oturduqdan sonra saat 19 radələrində ordan çıxıblar: "Oğlum aşağı düşüb bizi yola saldı. Onların evində olanda ailələrində hər hansı problemin olduğunu müşahidə etmədim. Ayın 7-si gecə saat 3:50-də Rənanın qardaşı Əli mənə zəng edərək Arazın kiminləsə dalaşdığını dedi. Oğlumun və gəlinimin telefonlarına zəng çatmadı. Arvadım və oğlu Ayazla birlikdə dərhal Yeni Günəşli qəsəbəsinə yollandıq. Evə girəndə dəhlizdə və otaqda qan ləkələrini gördük. Arazın meyiti qonaq otağında, divanın üzərində yarı uzanıqlı vəziyyətdə qana bulaşmış vəziyyətdə idi. Bir qədər sonra Rəna sol qolu sarıqlı vəziyyətdə xəstəxanadan gəldi. Gəlinim qısa olaraq iki nəfərin evlərinə girib Arazı bıçaqla vurduğunu və ona da xəsarət yetirdiyini dedi. Oğlum ailəcanlı, mülayim, haqsızlıqla barışmayan, heç kimlə ədavəti olmayan biri idi. Arazın heç kimə pul borcu olmayıb, olsaydı bu barədə mənim, qardaşlarının və anasının mütləq xəbəri olardı. Axırıncı dəfə onu həyətdən yola salanda da, Araz pula ehtiyacının olmadığını dedi. Araz yaxın günlərdə Gürcüstana maşın almağa getməyi planlaşdırırdı. Oğlumla gəlinimin münasibəti yaxşı olub. Hadisədən sonra oğlum Azərin sözlərindən bildim ki, bir neçə gün əvvəl Araz ona Rənadan boşanmaq istədiyini, yaxın vaxtlarda ailə üzvlərini yığıb, bu barədə bizə məlumat verəcəyini deyibmiş".
    Cinayət işi üzrə ittiham aktı

    Şahid Sevil Bayramova ifadəsində bildirib ki, gecə saat 3 radələrində dəhlizdə qan izləri, qonaq otağında Arazın divanın üzərində yarı uzanıqlı vəziyyətdə, Rənanın isə onun sol tərəfində huşsuz vəziyyətdə görüb: "Hər ikisinin öldüyünü zənn edərək qışqırdım. Bloka çıxıb qonşuları köməyə çağırdım. Mənzilə qayıdanda gördüm ki, nəvəm otağın qapısına söykənib, qızım isə artıq yerdə uzanıb və qolundan təzyiqlə qan axır. Kömək üçün yenidən bloka çıxdım və qonşunun qapısını döydüm. Qapını açan qadından ərini çağırmasını xahiş etdim. Qonşumuz Samir İlyasov evimizə keçdi, vəziyyəti görəndən sonra "102" və "103"ə zəng etdi. 20 dəqiqədən sonra həkimlər Rənanın qolunu sarıyıb xəstəxanaya apardılar". 
    Şahid Sərdar Sofiyev bildirib ki, iyulun 7-si səhər saat 4 radələrində nənəsinin qışqırıq səsinə oyanıb. Atasını divanda hərəkətsiz və qanlı, anasını isə atasının üstündə yarı uzanıqlı vəziyyətdə görüb: "Anam nənəmin qışqırıq səsinə sanki oyanıb qışqırmağa başladı. Qulaqcıqlar dəhlizdə, yerdə idi. Sonra öyrəndim ki, atamı öldürənlər evdəki mobil telefonları götürüb aparıblar".  Şahid qeyd edib ki, atası tam sağlam olub, hər gün idmanla məşğul olub və dərman qəbul etməyib. Ölümündən əvvəlki günlərdə onda halsızlıq əlaməti hiss olunmayıb.

    Arazın meyiti

    Şahid Fatma Sofiyeva ifadəsində göstərib ki, oğlu Arazın gəlini Rəna ilə münasibəti həmişə yaxşı olub: "2019-cu ilin yanvar ayından baş ağrılarından şikayətləndiyinə görə oğlumu müayinələrdən keçirdim və həkim ona müxtəlif dərmanlar yazdı. İyunun 28-də Araz atasının verdiyi avtomobillə məni Yasamal rayonuna apararkən, yolda Rənadan boşanmaq istədiyini dedi. Səbəbini soruşanda oğlum "sən bilməyən şeylər çoxdu, mən də hamısını sənə deyə bilmirəm" söylədi. Dəfələrlə xahiş etməyimə baxmayaraq, Araz heç nə demədi".

    Hadisə olan ev

    Şahid Mehman Xəlilov bildirib ki, dizayn, veb saytların hazırlanması ilə məşğul olan MMC-nin direktoru olub. 2015-ci ildən şirkət Ə.Rəcəbli küçəsində yerləşən binanın 2-ci mərtəbəsində fəaliyyət göstərib: "2007-ci ildə Rəna Sofiyevanı menecer kimi işə qəbul etdim. 2014-cü ildən 2016-cı ilə qədər aramızda sevgi və intim münasibət yarandı. Amma sonra münasibətimizi yalnız işgüzar şəkildə davam etdirmək qərarına gəldik. "Opel" markalı avtomobilimi Araza pulunu hissə-hissə ödəmək şərti ilə satdım, həmin vaxtdan münasibətlərimiz dostluğa çevrildi. Ailəvi olaraq evlərinə gediş-gəlişimiz var idi.


    2019-cu ilin fevralında Araz borc sahibinin onu sıxdığını söyləyərək, məndən 5-10 min manat pul istədi. Araza pul vermədim, o da məndən incidi. Rəna mənə evin bütün yükünün üzərində olduğunu, Arazın işləmədiyini bildirib pula ehtiyacı olduğunu deyəndə, ondan "niyə boşanmadığını?" soruşdum. Rəna bu sözümü ərinə çatdırdığı üçün, Araz mənimlə mübahisə etdi. Bundan sonra Rəna işdən çıxdı. Həmin vaxtdan da Arazı görmədim. İyulun 7-də Arazla ortaq dostumuz olan Rəfail zəng edib, səbəbini söyləmədən məni 33-cü Polis Bölməsinə çağırdı. Yolda olarkən dostum İlham Kazımov mənə zəng edib "Araza nəsə olub, hamı facebokda şəklinin altında "Allah rəhmət etsin" yazır dedi. Bölmədən Suraxanı rayon prokurorluğuna gələndə öyrəndim ki, Araz qətlə yetirilib. Rəna Sofiyevanın istintaq tərəfindən tutulmasını kütləvi informasiya vasitələrindən öyrəndim".

    Qətl olan otaq

    Bakı İstintaq Təcridxanasında saxlanılan zaman Rəna Sofiyevanın ətrafında əməliyyat tədbirləri keçirilib. Nəticədə məlum olub ki, anası evdə şkafın arxasında gizlədilmiş noutbukun hələ də polis əməkdaşları tərəfindən tapılmadığını bildirib. Rənanın anasına təmkinli olmağı və noutbukun yerini dəyişdirməyi tapşırdığı üzə çıxıb. Qeyd olunan məlumat 2020-ci il fevralın 22-də Suraxanı rayon Polis İdarəsinə təqdim edilib. Rəna Sofiyeva məsuliyyətdən yayınmaq məqsədi ilə guya səhhətində psixoloji problemlərin olduğunu göstərməyə çalışıb. Araz Sofiyev onun Mehman Xəlilovla intim münasibətdə olmasından xəbər tutduqdan sonra, mütəmadi evdə qalmaqal salıb. Yaranmış xoşagəlməz vəziyyətə və xəyanət etməsi ilə bağlı yayılan söhbətlərə son qoymaq məqsədi ilə qətlin Rəna Sofiyeva və ya onun təhriki ilə digər şəxslər tərəfindən törədildiyi istisna edilmir.
    Həmin noutbuk istintaq orqanı tərəfindən ələ keçirilsə də, içərisindəki məlumatları əldə etmək mümkün olmayıb. Bununla əlaqədar Rəna Sofiyeva, kompüteri xüsusi proqramla bağladığını, işi ilə bağlı olduğu üçün parolu heç kimə verməyəcəyini bildirib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəna Sofiyeva cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Oxunub: 1 081
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      21:00 | "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
      21:00 | QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
      20:45 | İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
      20:44 | Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
      17:20 | Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
      17:00 | Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
      16:45 | ÖLKƏDƏ BU ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ KƏSKİN BAHALAŞIB - İqtisadçı səbəbləri açıqladı
      16:35 | ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
      16:30 | Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
      16:25 | Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
      16:20 | Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
      15:45 | “KÖÇƏRYANDAN XAHİŞ ETDİM Kİ, MƏNİ EVİMƏ APARSINLAR”- Misir Mərdanovla MÜSAHİBƏ
      15:30 | İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
      15:25 | Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
      15:20 | Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
      15:15 | Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
      15:10 | BAKIDA GÖMRÜK məmurunu QADINA GÖRƏ ÖLDÜRÜBLƏR -  ŞOK DETALLAR
      14:41 | "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
      13:20 | Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
      13:15 | Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
      13:10 | Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
      13:00 | "AZƏRBAYCAN VƏ QAZAXISTAN TƏHDİD ALTINDADIR..."- “Rusiya ilə əvvəlki münasibətləri bərpa etmək mümkün deyil”
      12:45 | Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
      12:30 | 5 ÖLKƏYƏ qırıcı təyyarələrə sahib olmaq QADAĞANDIR - SƏBƏB NƏDİR?
      12:25 | Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
      11:40 | Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
      11:30 | BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
      11:25 | İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
      11:20 | Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
      11:15 | Şair Əlisəmid Kür vəfat edib
      11:00 | Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.