Azərbaycanda DƏHŞƏTLİ QƏTL:
Siqaret vermədiyi üçün qadının başını kəsdi - TƏFƏRRÜAT (YENİLƏNDİ)
Ostayır kənd sakinləri Modern.az-a bildiriblər ki, Gülxar Məmmədova Firqət Məstiyevə nisyə siqaret vermədiyinə görə sonuncu tərəfindən amansızlıqla öldürülüb.
“Həmin qadın həyətində kiçik mağaza işlədirdi, peçenya, siqaret və digər əraz məhsulları satırdı. İmkanı olmayan şəxslərə nisyə mal verirdi. Firqət Məstiyevə də dəfələrlə nisyə siqaret verib. Amma onun borcu çox olduğuna görə, sonuncu dəfə nisyə siqaret istəyəndə Gülxar Məmmədova bundan imtina edib. Borcunu qaytarmadığına görə, ona siqaret satmayacağını bildirib. Bundan sonra aralarında mübahisə düşüb. Hadisə vaxtı Firqət Məstiyev sərxoş halda olub", - sakinlər deyiblər.
İddialara görə, Firqət Məstiyev kənddə narkotik və alkoqol istifadəçisi kimi tanınırmış. Gülxar Məmmədova dul qadın olub. Onun həyat yoldaşı dünyasını dəyişib.
xxx
İyulun 6-ı saat 22 radələrində Yardımlı rayonu, Ostair kənd sakini 1962-ci il təvəllüdlü Gülxar Məmmədovanın yaşadığı evin həyətyanı sahəsində yerləşən ərzaq mağazasında üzərində qətl əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yardımlı Rayon Prokurorluğundan Globall.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1985-ci il təvəllüdlü Firqət Məstiyevin qeyd edilən tarixdə Gülxar Məmmədovaya məxsus ərzaq mağazasına daxil olub əlindəki balta ilə sonuncunun baş və boyun nahiyələrinə xəsarətlər yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Firqət Məstiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
xxx
Yardımlı rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Globall.az xəbər verir ki, rayonun Ostayır kənd sakini Məmmədova Gülxar Əhməd qızı amansızcasına öldürülüb.
Onun başı baltayla kəsilərək mağazaya atılıb.
Rayon polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən bir nəfəri saxlayıb. (Bakupost.az)