Sergey Slobodçuk:
“Nikol Paşinyan xarici dövlətlərin maraqlarına xidmət edir”- Şərh
“Bu gün ölkəmizə kim rəhbərlik edir? Ermənistan hara gedir?”, - ötən ilin sonunda Sorbonnada yaşayan erməni politoloq Ayk Martirosyan belə suallarla müraciət edirdi.
Media.Az dünya ölkələrinin xarici idarəçiliyi məsələləri ilə məşğul olan ukraynalı beynəlxalq ekspert Sergey Slobodçukdan bununla bağlı münasibət öyrənib.
“Komprador - xarici bizneslə milli bazar arasında vasitəçidir. Kompradorun qazancı və statusu xarici şirkətdən və ya xarici dövlətdən asılıdır, buna görə də onların maraqları doğma ölkələrinin maraqlarından daha yaxındır”.
“Buna görə də baş nazir və ya nazirin xarici şirkətin tərəfində olması ilə bağlı oxşar halları görürük. Baxmayaraq ki, onun formal doğma ölkəsində ictimaiyyət buna qarşı çıxır, ekspertiza isə ətraf mühitə dəyən ziyandan danışır”, - deyə ekspert sözlərini yekunlaşdırıb.