Bakı-Qazax yolunda avtomobil qəzası olub, xəsarət alanlar var
Bakı-Qazax-Gürcüstan magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Report"un Qərb bürosunun məlumatına görə, 2 minik avtomobilinin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Nişanə Bayramova, 1963-cü il təvəllüdlü Tamam Hüseynova və 2001-ci il təvəllüdlü Qasımov Fərid Səmid oğlu müxtəlif bədən xəsarətləri alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 115
Xəbəri paylaş
Paylaş: