Bakıda 7 000 manatlıq məişət əşyaları və heykəltəraşlıq avadanlıqları oğurlanıb
Bakıda 7 000 manatlıq məişət əşyaları və heykəltəraşlıq avadanlıqları oğurlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şüvəlan qəsəbəsindəki evlərdən birinin həyətindəki saxlanc yerindən 7 000 manat dəyərində məişət əşyaları, heykəltəraşlıq avadanlıqları və təmir alətləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Abbas Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırm aparılır.
Oxunub: 166
Xəbəri paylaş
Paylaş: