Bakıda evdən 35 min manatlıq oğurluq edildi
Bakıda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində A.Kunanbayev küçəsindəki mənzillərin birindən 10.000 manat, 15.000 ABŞ dolları və 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Fərid Nəbiyev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 149
Xəbəri paylaş
Paylaş: