Tramp İranın neft ixracatına embarqonun müddətini artırdı
ABŞ Prezidenti Donald Tramp İrandan neft və neft məhsullarının idxalına qoyulmuş embarqonun müddətini uzadıb.
“Report bildirir ki, məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
Qeyd edilir ki, qərar ABŞ-ın Energetika Nazirliyinin İnformasiya İdarəsinin aprel hesabatı da daxil olmaqla Konqresə məruzələrinin dəqiq müzakirəsindən, xüsusi halda dünyanın iqtisadi şəraitinin mövcud amilləri, müəyyən ölkələrin neft hasilatının artımı, eləcə də digər faktorlar nəzərə alınmaqla qəbul edilib.
Bundan başqa, prezident "vəziyyəti diqqətlə izləməyə" söz verib.
Oxunub: 327
Xəbəri paylaş
Paylaş: