Şəmkirdə avtomobillər toqquşub, ana və oğlu xəsarət alıb
Şəmkir rayonunun Yeni Həyat kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un Qərb bürosunun məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində 1978-ci il təvəllüdlü S.Aslanova və oğlu, 1999-cu il təvəllüdlü E.Aslanov müxtəlif xəsarətlər alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 102
Xəbəri paylaş
Paylaş: