Təzyiqi qalxan sürücü avtomobili ağaca çırpıb
Göyçayda sürücü idarəetməni itirərək ağaca çırpılıb. APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Göyçayın Cəyirli kəndində qeydə alınıb. Təzyiqi qalxan sürücü, Göyçay sakini 1977-ci il təvəllüdlü Zöhrab Arif oğlu İsmayılov idarəetməni itirib və avtomobil ağaca çırpılıb. Hadisə nəticəsində yüngül bədən xəsarətləri alan sürücü təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti stabildir.
Oxunub: 81
Xəbəri paylaş
Paylaş: