Azərbaycanda təcili tibbi yardım maşını qəzaya düşdü, sürücü xəsarət aldı
Gəncə şəhərində 103 təcili tibbi yardım maşını idarəetmədən çıxaraq ağaca çırpılıb.
Globall.az report-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhəri ərazisində qeydə alınıb. Təcili tibbi yardım maşının idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində, avtomobilin sürücüsü Samux rayon Zazalı kənd sakini, 1972-ci il təvəllüdlü V. Süleymanov xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, qəza zamanı avtomobildə xəstə olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Oxunub: 362
Xəbəri paylaş
Paylaş: