Biləsuvarda doqquz yaşlı uşağı elektrik cərəyanı vurub
Biləsuvarda bədbəxt hadisə baş verib. Bizim.Media xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb. Kənd sakini, 2014-ci il təvəllüdlü oğlanı elektrik cərəyanı vurub. Azyaşlı əlindən yanıq xəsarətləri alıb. O, rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 71
Xəbəri paylaş
Paylaş: