Masallıda yaşlı kişi intihar edib
Masallıda 61 yaşlı kişi özünə xəsarət yetirərək həyatına son qoyub. APA-nın məlumatına görə, Masallı rayonunun Mollahəsənli kənd sakini, 1962-ci il təvəllüdlü Asif Məmmədtağı oğlu Tağıyev yaşadığı ünvanda bədənin müxtəlif nahiyələrinə xəsarət yetirərək intihar edib. O, aldığı xəsarətlərdən ölüb. A.Tağıyevin intihar etməsinin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 75
Xəbəri paylaş
Paylaş: