Xaçmazda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Bakı prospektindən keçən hissəsində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un xəbərinə görə, “Mercedes” markalı minik avtomobili ilə VAZ 21014 markalı minik maşınının toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Vüsal Bəxtiyar oğlu Qayıbov, 2000-ci il təvəllüdlü Süleyman Rahim oğlu Yaqubov və 2002-ci il təvəllüdlü Cavid Cəfəroviç Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 72
Xəbəri paylaş
Paylaş: