Bakı metrosunda qatarların hərəkətində yubanma olub
Bənövşəyi xəttin “Xocəsən” stansiyasından sınaq xarakterli ilk qatar yola salındıqdan sonra texniki səbəblərdən yüksək gərginlik itməsi qeydə alınıb. “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətindən verilən məlumata görə, nəticədə qrafik üzrə növbəti qatarın stansiyadan yola salınmasında 20 dəqiqə yubanma qeydə alınıb. Lakin Bənövşəyi xəttin “Avtovağzal-8 Noyabr” sahəsində qatarların hərəkəti intervallara riayət olunmaqla qrafik üzrə təmin olunub. Baş vermiş hadisə ilə bağlı hazırda texniki araşdırma aparılır.
Oxunub: 95
Xəbəri paylaş
Paylaş: