Nizami rayonunda 69 yaşlı qadını avtomobil vurub
Bakının Nizami rayonunda, “Neftçilər” metro stansiyasının yaxınlığında 69 yaşlı qadını avtomobil vurub. “Report” xəbər verir ki, 1954-cü il təvəllüdlü Mələk Mirmahmud qızı Şərifova yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 115
Xəbəri paylaş
Paylaş: