Gədəbəydə 56 yaşlı kişi ot biçən zaman vəfat etdi
Gədəbəydə bədbəxt hadisə baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Qaradağ kəndində qeydə alınıb.
1967-ci il təvəllüdlü Tofiq Quliyevin ot biçən zaman qəfl halı pisləşib
O, hadisə yerində ölüb.
İlkin məlumata görə, 56 yaşlı T.Quliyev ürəktutmasından ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 88
Xəbəri paylaş
Paylaş: