Kürdəmirdə “Niva” aşıb, xəsarət alanlar var
Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunun rayonun Şahbəyli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Niva” markalı avtomobilin sürücüsü, rayonun Qarasu kənd sakini 51 yaşlı Azər Ətir oğlu İbrahimov həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü Azər İbrahimov və onun sərnişini 29 yaşlı Məmmədkərim Azər oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər. Hazırda faktla bağlı araşdırma aparılır.
Oxunub: 129
Xəbəri paylaş
Paylaş: