Astarada 31 yaşlı kişini avtomobil vurub
Astarada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, saat 21 radələrində Səncərədi kəndi ərazisində rayon sakini Təyyar Həbibov idarə etdiyi VAZ 21015 markalı avtomobillə velosipedlə hərəkətdə olan 1992-ci il təvəllüdlü Ramil Nağdəli oğlu Məmmədlini vurub. Xəsarət alan R.Məmmədli ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətinin ağır olduğunu bildirirlər. Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxunub: 91
Xəbəri paylaş
Paylaş: