Polis axşam saatlarında çimərliklərə girişi dayandırıb?
Polislər axşam saatlarında çimərliklərə girişi dayandırıblar. Bu barədə Oxu.Az-a vətəndaşlar məlumat veriblər. Bildirilib ki, polis əməkdaşları girişi bağlayan zaman heç bir xəbərdarlıq etməyiblər. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşları tərəfindən ictimai çimərliklərə təhlükəsizlik məqsədilə havanın qaranlıq saatlarında giriş dayandırılır: “Batma və boğulma təhlükəsi yarana bilər. Qeyd edilən bütün tədbirlər vətəndaşların mühafizəsi və təhlükəsizliyi üçün həyata keçirilir. Xahiş edirik ki, təhlükəsizliklə bağlı olan bu məsələləri vətəndaşlar nəzərə alsınlar”.
Oxunub: 103
Xəbəri paylaş
Paylaş: