Azərbaycanda startapların sayı 3 dəfə artıb -
Prezidentin köməkçisi
Globall.az Trend-ə istinadən bildirir ki, bunu bu gün Bakıda keçirilən "InMerge Innovation Summit"ində çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. O bildirib ki, əsas məram şəxaləndirilmiş iqtisadiyyata keçidin təmin edilməsidir. Azərbaycan bu baxımdan innovasiyaların genişlənməsinə imkanlar yaradır. "Son bir ildə Azərbaycanda startapların sayı 3 dəfə artıb. Bu da sahibkarlığın inkişafına yönəlib" - Şahmar Mövsümov əlavə edib. Qeyd edək ki, noyabrın 30-da Bakıda "PASHA Holding" tərəfindən təşkil olunmuş "InMerge Innovation Summit" işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, "Trendyol" şirkətlər qrupunun Baş icraçı direktoru Erdem İnan, "PAŞA Holding"in Baş icraçı direktoru Cəlal Qasımov, "AZPROMO"-nun icraçı direktoru Yusif Abdullayev, "Visa"nın vitse prezidenti və Mərkəzi Asiya ölkələri və Azərbaycanda regional meneceri Kristina Doroş, Mərkəzi Bankın baş direktoru Fərid Osmanov, "Bakcell"in Baş icraçı direktoru Klaus Müller və bu sahədə özünü təsdiqləmiş onlarla şəxs iştirak edəcək.Biz innovasiyaları yaradacaq ekosistemlər üzərində işləyirik.