Bakıda avtomobil iki qadını vurdu, biri öldü
Bakıda avtomobil qadınları vurub. Globall.az Trend-ə istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində Rauf Rüstəmov idarə etdiyi "Xəzər" markalı avtomobillə yolu keçmək istəyən, 1948-ci il təvəllüdlü Sara Hüseynova və Sevil Fərzəliyevanı vurub. Sara Hüseynova hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb.
Oxunub: 48
Xəbəri paylaş
Paylaş: