Yolun sonunda işıq göründü - Sülhün bir addımlığında?
Ötən günün ən vacib xəbərlərindən biri Aqşin və Hüseynin əsirlikdən azad olunaraq ölkəyə gətirilib ailələrinə təhvil verilməsi idi. Həsrətlə onların yolunu gözləyən doğmaları, yaxınları, qohumlarının sevincinin həddi-hüdudu yox idi. Onların gözlərindəki ifadələri oxumamaq, bədən dillərinindən bunu anlamamaq mümkün deyildi.
Əsirlərin mübadiləsi barədə qərar bir sıra ölkələr tərəfindən alqışlanıb. Britaniya parlamenti bu razılaşmanı "tarixi qərar" kimi dəyərləndirib. ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller də bu məsələdə dəstəyini ifadə edib.
Məlum olduğu kimi, 32 erməni əsiri qarşı tərəfə təhvil verib, əvəzində isə 2 əsir geri alınıb. Bu məsələ bir çoxlarında müxtəlif suallar doğurub. Hətta, ermənilər düşünür ki, Bakının bunun müqabilində Ermənistandan əlavə istəkləri də olacaq. "Mülki müqavilə" fraksiyasının deputatı Ovik Ağazaryan həmyerlilərini sakitləşdirmək üçün bunun şayiə olduğunu bildirib: "Hökumətin məhbusların müqabilində Azərbaycana nəsə vəd etməsi ilə bağlı yayılan şayiələr doğru deyil", - Ağazaryan söyləyib.
Siyasi şərhçi Asif Nərimanlı düşünür ki, say arasında böyük fərq olsa da, burada iki məsələ əhəmiyyətlidir: 1. Məsələ nə qədər hərbçinin qaytarılması, yaxud alınması yox, qarşılıqlı etimad mühitinin yaradılmasına dair razılaşmadır; 2. Ermənistanın əlində Azərbaycanın iki hərbçisi var və rəsmi Bakı üçün vacib olan nə qədər erməninin qaytarılması yox, öz hərbçilərinin azad edilməsidir.
Qeyd edim ki, ötən gün İrəvanda Azərbaycandan qayıdan və Muratsan hərbi hospitalında tibbi müayinədən keçən hərbçilərin yaxınları ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında əlbəyaxa dava olub. Davanın başvermə səbəbi və hadisənin təfərrüatı açıqlanmır.
Bu gün isə Paşinyan əsir mübadiləsindən sonra ilk açıqlama verib. Sülh sazişinin imzalanmasının mümkünlüyündən danışan Baş nazir əsir mübadiləsinin onlara nikbinlik verdiyini vurğulayıb. Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşünün açılış mərasimində çıxış edən Paşinyan bildirib ki, rəsmi Bakı iki ölkə liderləri arasında razılaşdırılan prinsipləri təsdiqləyərsə, sülh sazişi real olacaq.
Baş nazir Ermənistan tərəfinin üç əsas prinsipini də dilə gətirib. Onun sözlərinə görə, bunlar ölkələrin suverenliyinin qorunması prinsipi ilə regional nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın (29,8 min kv.km) və Azərbaycanın (86,6 min kv. km) ərazi bütövlüyünün ictimaiyyət tərəfindən tanınması, həmçinin son sovet xəritələri əsasında delimitasiya sərhədləridir.
İslam