Rusiya sülhməramlıları Qarabağda bu işlə məşğul olacaq
Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində iştirak edəcək.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Rusiya Sülhməramlı Kontingentinin komandanlığı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis qoşunlarının nümayəndələri arasında ərazinin birgə humanitar minalardan təmizlənməsinə dair razılıq əldə olunması ilə bağlı danışıqlar aparılıb.
APA
Oxunub: 65
Xəbəri paylaş
Paylaş: