Elbay Qasımzadə ilə bağlı
SƏRƏNCAM
Elbay Qasımzadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Globall.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Azərbaycan memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Elbay Ənvər oğlu Qasımzadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Qeyd edək ki, E.Qasımzadə 1948-ci il dekabrın 26-da Bakıda anadan olub. Sabah onun 75 yaşı tamam olur.
Oxunub: 48
Xəbəri paylaş
Paylaş: