Yasəmən Qaraqoyunlu: “Zeynəb Xanlarova ruslaşmış kosmopolit Bakıda yaşadı, lakin heç vaxt rusca danışmadı”
Zeynəb Xanlarova Rus Sovet imperiyasında doğuldu, yaşadı, ruslaşmış kosmopolit Bakıda yaşadı, lakin heç vaxt rusca danışmadı. Bakı ruslaşmışdı, rus dilli elita yaranmışdı (rus dilli elita-rus sümürgə ruhunun daşıyıcıları, rus mədəniyyətinin kirlətdiyi kəsim), lakin o ruslaşmadı. Rusca danışıb özünü guya "elit", "üstün", "mədəni" göstərmədi. Rus dilində danışmadı. Çünki onun özü haqqında aşağılıq kompleksi yox idi. Rus imperiyasının içində Türk dilində mahnılar oxuyaraq dili diri tutdu. SSRİ-nin içində Türk dilindəki nəğmələr hər tərəfə yayıldı.
Globall.az Pravda.az-a istinadən xəbər verir ki, bunu tarixçi Yasəmən Qaraqoyunlu bildirib.
“Rusiyada, Çində, İranda, İraqda, Suriyada, Hindistanda, Əfqanıstanda Türklüklə bağlı hər şeyin silindiyi, Türkə qarşı savaş açıldığı bir zamanda Türkcə nəğmələr söyləmək bir savaş idi. Zeynəb xanımın savaşı idi. Onun savaşının adı mədəniyyət savaşı idi. Onun türkcə söylədiyi nəğmələr KKB-ni də, SAVAK-ı da yendi. Savaşın mübarək!” – o qeyd edib.