Sumqayıtda sexdə güclü yanğın baş verdi
Sumqayıtda gecə yarısı saat 00:10 radələrində şəhərin girişinə yaxın yerdə yerləşən yağ istehsal edilən sahədə yanğın baş verib. Milli.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin texnika və canlı qüvvələri yanğını söndürməyə cəlb olunub. Yanğın təqribən 400 kvadratmetrlik sexin 100 kvadratmetrini əhatə edib.Yanğın söndürülüb. Xəsarət alan yoxdur.
Oxunub: 39
Xəbəri paylaş
Paylaş: