Ticarət mərkəzindəki yanğın söndürülüb -
YENİLƏNİB
Nazirlik yanğının detalları barədə məlumat verib.
Yanğın barədə siqnalı səhər 08:52-də daxil olduğu və əraziyə dərhal yanğınsöndürmə qüvvələrinin cəlb edildiyi açıqlanıb.
“Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, metronun çıxışına yaxın ərazidə yerləşən bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyeklərində yanğın baş verib”.
Hazırda yanğının söndürüldüyü bildirilir.
***
Globall.az xəbər verir ki, yanğın Nərimanov rayonunda yerləşən “Metro City” ticarət mərkəzində başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Ticarət mərkəzində baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.