Qubada meşə massivində yanğın başladı
"Bu gün Quba rayonunun Gədik kəndi və Qoşabulaq ərazisinin meşə massivində yanğın başlayıb". Bunu "Report"un Siyəzən rayonuna ezam olunmuş əməkdaşına fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib. O bildirib ki, hazırda həmin ərazilərə Fövqəladə Hallar Nazirliyinin 3 avtomobili və 1 helikopteri cəlb edilib: "Yanğının söndürülməsi işləri davam etdirilir". E.Mirzəyev qeyd edib ki, Quba rayonunun digər ərazilərində yanğın söndürülüb.
Oxunub: 209
Xəbəri paylaş
Paylaş: