Bakıda 20 yaşlı gənc bıçaq xəsarəti alıb
Bakının Xəzər rayonunda gənc bıçaq xəsarəti alıb.
Globall.az report-a istinadən xəbər verir ki, Mərdəkan qəsəbəsində 2004-cü il təvəllüdlü Hüseynov Namiq Bəhmən oğlu bıçaq xəsarəti alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol saidin kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.
N.Hüseynovun dediyinə görə, o özü-özünə bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 80
Xəbəri paylaş
Paylaş: