Bakıda 31 yaşlı kişi özünə 3 bıçaq zərbəsi vurub
Bakının Sabunçu rayonunda 31 yaşlı kişi özünə bıçaqla xəsarətlər yetirib. "Report"un məlumatına görə, Maştağa qəsəbəsində 1992-ci il təvəllüdlü Ağayev Səid Şamil oğlu özünə bıçaqla xəsarət yetirib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının və hər iki qolun kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 74
Xəbəri paylaş
Paylaş: