Prezident onlara ali xüsusi rütbələr verdi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. Globall.az "Presstv"az-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Dövlət Vergi Xidmətinin iki əməkdaşına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. Həmin şəxslər aşağıdakılardır: Quliyev Kənan Adil oğlu – Daxili təhlükəsizlik baş idarəsinin rəisi Bəylərov Elçin Bəylər oğlu – Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi.
Oxunub: 150
Xəbəri paylaş
Paylaş: