Bakıda oyun zalında yanğın - yaralanan var
Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub. Globall.az-ın xəbərinə görə, bu barədə FHN-dən Milli.Az-a bildirilib ki, doqquzmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 100 m² olan obyektin (oyun zalı kimi fəaliyyət göstərir) sahəsi 10 m² olan mətbəxinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 59
Xəbəri paylaş
Paylaş: