“WhatsApp”da yeni funksiya var -
FOTO
"WhatsApp" tərtibatçıları mesencerə yeni mətn formatı seçimləri əlavə ediblər. İndi siz sitatları vurğulamaqla və digər mətn formatlarından istifadə etməklə mesajlarınızı strukturlaşdıra bilərsiniz. Globall.az oxu.az-a istinadən bildirir ki, qalın (*Mətn*), kursivlə (_Mətn_), üstündən xətt çəkilmiş (~Mətn~) və eyni enli şriftlə (```Mətn```) mətni vurğulamaq üçün mövcud üsullara yeni seçimlər əlavə edilib. Beləliklə, markerlər (- Mətn) və nömrələmə (1. Mətn) ilə siyahılar yaratmaq mümkündür. Bundan əlavə, "WhatsApp" istifadəçiləri formatlaşdırmanı (Mətn) qoruyarkən indi sitatı (>Mətn) vurğulaya və kod fraqmentlərini yapışdıra bilərlər. Oxşar mətn formatlama üsulları "Telegram"da da mövcuddur.
Oxunub: 54
Xəbəri paylaş
Paylaş: