Röyanın təxirə düşən konserti ilə bağlı açıqlama
Xalq artisti Röya Ayxanın Moskvada təxirə düşən konserti ilə bağlı açıqlama verilib.
Globall.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə konsertin təşkilatçılarından olan "Caspian music" məlumat yayıb.
Bildirilib ki, Röyanın konserti başqa uyğun tarixə qədər təxirə salınıb:
"Bütün biletlər qüvvədə qalacaq. Yeni tarix və saatla bağlı məlumat daha sonra veriləcək".
Xatırladaq ki, müğənninin konserti martın 22-si "Crocus City Hall"da baş verən terror aktına görə baş tutmayıb.
Oxunub: 58
Xəbəri paylaş
Paylaş: