Məşhur aktyor əməliyyat olundu -
FOTO
Məşhur aktyor Arnold Şvartsenegger ürəyindən əməliyyat olunub. Globall.az publika.az-a istinadən xəbər verir ki, bu barədə aktyor "Men's Health"ə açıqlamasında bildirib. Onun sözlərinə görə, ürəyinə kardiostimulyator quraşdırılıb. "İndi robot olmağa daha yaxınam", - sənətçi "Terminator" filmindəki obrazını xatırladaraq zarafat edib. Arnold əməliyyata görə ağır fiziki fəaliyyəti dayandırdığını, bir aydan sonra məşqlərə qayıdacağını vurğulayıb. Xatırladaq ki, anadangəlmə ürək qüsuru - ikiüzlü aorta qapağı ilə doğulan Şvartsenegger ilk dəfə 1997-ci ildə, daha sonra isə 2018 və 2020-ci illərdə ürək əməliyyatı keçirib.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş: