Patrik Andrade oynayıb, Kape-Verde qazanıb
“Qarabağ”ın futbolçusu Patrik Andrade yoldaşlıq oyununda meydana çıxıb. Globall.az İdman.biz-ə istinadən xəbər verir ki, onun şərəfini qoruduğu Kape-Verde Ekvatorial Qvineyanı məğlub edib. Andradenin əsas heyətdə meydana çıxdığı qarşılaşma 1:0 hesabı ilə yekunlaşıb. Kape-Verde qələbə topunu 65-ci dəqiqədə vurub. Patrik oyunu əvəzolunmadan keçirib. Qeyd edək ki, “Qarabağ”ın futbolçusu 4 gün əvvəl Qayana (1:0) ilə görüşdə meydana çıxmaq şansı qazanmayıb.
Oxunub: 35
Xəbəri paylaş
Paylaş: