“Qarabağ” “Sürix”ə qalib gəldi
Bakıda keçirilən "Qarabağ" - "Sürix" matçı başa çatıb.
Globall.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçda sonuncu qolu İsveçrə komandası vurub.
Belə ki, kobud oyuna görə, “Qarabağ”ın qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirən “Sürix”in futbolçusu Mirlind Kryeziu hesab arasındakı fərqi azaldıb – 3:2.
Beləliklə, "Qarabağ" qələbə qazanıb.
"Qarabağ" birinci təsnifat mərhələsində Polşa "Lex"ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 0:1;5:1. "Sürix" isə avrokuboklarda mübarizəyə bu mərhələdən başlayacaq.
Cavab oyunu iyulun 27-də İsveçrədə keçiriləcək. “Sürix”i üstələyəcəyi təqdirdə, “Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda “Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.
***
"Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda daha 2 qol vurulub.
65-ci dəqiqədə rəqib komandanın oyunçusu Lindrit Kamberi hesab arasındakı fərqi azaldıb.
Bir dəqiqə sonra isə İbrahima Vadji "Qarabağ"ın üçüncü qoluna imza atıb.
***
"Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.
Komandamız 36-cı dəqiqədə ikinci dəfə rəqibi mərkəzə dəvət edib.
Bu dəfə İbrahima Vadji fərqlənib.
***
"Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında keçirilən oyunda hesab açılıb.
"Qarabağ" 17-ci dəqiqədə topu rəqib qapısından keçirib.
Qolu Kadi Borges vurub.
***
"Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.
Görüşü Irfan Peltonun başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edir.
Komandalar arasındakı cavab oyunu iyulun 27-də baş tutacaq.