Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər: Hüseyn Aida Əli qızı, Muxtarov Teyyub Asif oğlu. 2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikası Milli Məclisinin Sədri Bakı şəhəri, 5 aprel 2024-cü il
Sahibə QAFAROVAAçar sözlər:
Oxunub: 26
Xəbəri paylaş
Paylaş: