Xəritə yayıldı: ermənilər Azərbaycandan keçəcək –
FOTO
Ermənistan mediasında Qazaxın işğal altında olan kəndlərindən dördünün (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılmasından sonra sərhəddəki dəyişikliyə dair xəritə dərc edilib. Globall.az Publika.az-a istinadən xəbər verir ki, erməni mediası sərhədin bu istiqamətində delimitasiya prosesi başa çatdıqdan sonra xəritənin dəyişəcəyini və Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsinin Azərbaycanın nəzarətinə keçəcəyini yazır. Erməni şərhçi yazır ki, mayın 20-dən sonra Gürcüstana Azərbaycan vasitəsilə gedəcəyik. Qeyd edək ki, 4 kəndin qaytarılmasından sonra sərhədin Tavuş istiqamətində başlanan delimitasiyanın 20 maya qədər tamamlanması gözlənilir.
Oxunub: 19
Xəbəri paylaş
Paylaş: