İtaliyada 24 saatda 1444 yeni yoluxma - Virus qurbanlarının ümumi sayı 35 min 473 oldu

İtaliyada son sutka ərzində 1444 nəfər koronavirus infeksiyasına yoluxub.
İtaliya mediası bildirir ki, məlumatı ölkənin Mülki Müdafiə Departamenti yayıb.
Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 266 min 853 nəfərdir.
Son bir gündə pandemiya qurbanlarının sayı 1 nəfər artaraq 35 min 473-ə çatıb, bu günə kimi 208 min 224 xəstə müalicə olunaraq sağalıb.
Oxunub: 360
Xəbəri paylaş
Paylaş: